Keçid linkləri

Təcili xəbərlər
2023, 28 May, bazar, Bakı vaxtı 20:02

M.Bryus: "Siyasi məhbus probleminin qapandığını deyə bilmərəm"


Səs: Real audio
Fəhmin Hacıyev bunun xəbərdarlıq məqsədi güddüyünü deyir İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının müzakirəsinə Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat çıxarılacaq.



Hesabatı qurumun Qanunçuluq və İnsan Haqları Komitəsi hazırlayıb.



Bu barədə «Azadlıq» radiosuna AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslar uzrə mərüzəçisi, Böyük Britaniya parlamentinin üzvü Malkolm Bryus məlumat verdi.



Hesabatda Azərbaycan hökuməti siyasi məhbusları azad etməyə və siyasi mühacirlərə qarşı cinayət işlərinin ləğvinə çağrılır.



Sənəddə deyilir ki, hakimiyyət mütəşəkkil cinayətkarlıqla mübarizə üçün yaradılan, lakin faktiki olaraq işgəncə mərkəzinə çevirilən idarənin əməkdaşlarını yuxarı vəzifələrə çəkib.



Malkolm Bryus bildirir ki, onlar siyasi məhbus probleminin qapanmasını istəyirlər: «Əgər hakimiyyət mənim Bakıya son səfərimdən sonrakı addımını təkrarlasa, onda biz elan edə bilərik ki, bu məsələ artıq həll olunub. Lakin yekun fərman verilənə kimi mən bunu deyə bilmərəm».



Cənab Bryus jurnalist Elmar Hüseynovun qətlinə görə hələ də heç kimin cəzalandırılmadığını bildirir: «Fakt odur ki, jurnalist öldürülüb, amma heç kəs buna görə cəzalandırılmayıb. Fakt odur ki, Britaniya vətəndaşı şübhəli vəziyyətdə sanksiyasız həbs olunub. Fakt odur ki, insan haqlarının müdafiəsi ilə məşğul olanlara və müxalifətçilərə qarşı hədələr və təhdidlər davam edir. Bunların hamısı nəzərə alınacaq».



O, Azərbaycana qarşı sanksiyaların tətbiq edilib-edilməməsinin AŞ PA-dan asılı olacağını bildirdi.



Cənab Bryus Böyük Britaniya vətəndaşı Almaz Quliyevanın Binə hava limanında həbs olunmasından da narahat olduğunu söylədi: «Kimsə aeroportda təhlükəsizlik yoxlamasından keçəcəyini bilə-bilə çantasına silah qoymaz. Mən əminəm ki, xanım Quliyevanın Britaniya krallığının vətəndaşı olmasını nəzərə alaraq, bizim hökumət onun azad olunması üçün Azərbaycan hökumətinə təzyiq edəcək».



Malkolm Bryus məsələnin artıq Britaniyanın baş naziri və Xarici İşlər Nazirliyi səviyyəsinə qalxdığını da bildirdi. O, xanım Quliyevanın azad olunması və uşaqlarının yanına qayıtması üçün əlindən gələn hər şeyi edəcəyini bildirdi.
XS
SM
MD
LG