Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:55
Rubrikalar

“Karvan” UEFA-İntertoto kubokuna ikinci heyətlə gedir


Səs: Real audio
Müsavat partiyası isə bunu «qara piar» adlandırır - İyunun 19-da “Şəfa” stadionunda UEFA-İntertoto kuboku uğrunda Yevlaxın “Karvan” klubuyla Polşanın “Lex Poznan” komandası qarşılaşacaq. Cavab oyunu isə iyunun 25-də Polşada keçiriləcək. “Karvan” ölkə çempionatında üçüncü yeri tutub və “Lex”lə görüşə ikinci heyətlə gedir.



- Moldovanın paytaxtı Kişinyovda qadın şahmatçıların şəxsi Avropa çempionatı davam edir. Yarışda 30 ölkədən 164 şahmatçı mübarizə aparır. Azərbaycan 4 şahmatçıyla təmsil olunur. Birinci turda yığmanın liderləri Zeynəb Məmmədyarovayla Firuzə Vəlixanlı yarışa qələbəylə başlamışdı. İkinci turda isə Zeynəb və Türkan Məmmədyarova bacıları və Afaq Xudaverdiyeva rəqiblərinə məğlub olub. Firuzə Vəlixanlı isə liderlər qrupunda qərar tutub. 11 turu əhatə edən bu yarışın ən güclü 9 şahmatçısı dünya çempionatına vəsiqə qazanacaq.



- Şahmatla bağlı başqa bir xəbər. İyunun 17-dən iyulun 3-dək Polşanın paytaxtı Varşavada kişilər arasında 6-cı şəxsi Avropa çempionatı keçiriləcək. Azərbaycanı həmin turnirdə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rəsul İbrahimov, Elmir Hüseynov, Namiq Quliyev və digər şahmatçılar təmsil edəcək. Turnirdə 100-dən çox idmançı iştirak edəcək. Bu məlumatı Azərbaycanın şahmat yığmasının baş məşqçisi Fikrət Sideifzadə verib.



- İyunun 18-də Avstriyanın Zalsburq şəhərində cüdo üzrə yeniyetmələrin 5-ci Avropa birinciliyi keçiriləcək. Azərbaycanı həmin yarışlarda oğlanlar arasında Samir Dadaşzadə, Timur Bağırlı, Zaur Bağırlı, Rüstəm Əlimli, Asəf Əliyev, Rəhim Vəlizadə, qızlar arasında isə Turanə Seyidli və Nazənin Məmmədova təmsil edəcəklər. 2001, 2003 və 2004-cü illərdə Azərbaycan idmançıları bu yarışlarda qeyri-rəsmi komanda hesabında 1-ci yeri tutublar.
XS
SM
MD
LG