Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:14

Rusiya şirkətləri Azərbaycandakı enerji problemini həll edə biləcəklərini bildirirlər


Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın «Bakı-Xəbər» qəzetindəki «Azərbaycanı demokratikləşdirməklə bağlı ABŞ-ın yeni planı» başlıqlı məqalədə Razi Tağı Ukrayna prezidenti Viktor Yuşşenko və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya gözlənilən səfərinin ciddi siyasi xarakter daşıdığını bildirir. Müəllif yazır ki, Vaşinqtonun postsovet məkanında demokratiyanın inkişafı üçün Ukrayna və Türkiyəni partnyor seçməsini nəzərə alsaq, Yuşşenko və Ərdoğanın Azərbaycana təqribən eyni vaxtda səfərinin səbəbləri barədə müəyyən mülahizələr yürütmək olar. Müəllif hesab edir ki, Vaşinqton-Kiyev-Ankara siyasi trayektoriyası əsasən Qərbin geosiyasi maraqlarının artdığı Cənubi Qafqazda demokratiyanın inkişafını nəzərdə tutub.



«Exo» qəzetindəki məqalədə Nair Əliyev Azərbaycanın enerji sahəsindəki problemlərdən bəhs edir. Müəllif yazır ki, yeni enerji yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsindən sonra Azərbaycanda enerji qıtlığı problemi olmamalıdır. Ancaq vəziyyət göstərir ki, bu sahə hələ uzun müddət problemli olaraq qalacaqdır. Müəllif yazır ki, bu situasiyadan bəhrələnən Rusiya şirkətləri Azərbaycanda enerji sahəsini tənzimləyə biləcəklərini bəyan ediblər. Rusiyalı mütəxəssislər deyirlər ki, onlar bu sahə üzrə elan olunmuş tenderə qatılmağa da hazırdırlar. Bir şərtlə ki, türkiyəli iş adamı Hüseyn Arabulun rəhbərlik etliyi «Barmek» şirkəti tenderə buraxılmasın və Azərbaycandan çıxarılsın.



«Ayna» qəzetindəki «NATO Qafqazda demokratiyaya dəstək verəcək» başlıqlı məqalədə Cəsur Məmmədov yazır ki, NATO üzvü və tərəfdaş dövlətlərin müdafiə nazirlərinin Brüsseldəki görüşündən sonra bu qənaətə gəlmək olar. Məqalədə bildirilir ki, təşkilatın baş katibi rəhbərlik etdiyi qurumun bundan sonra da demokratiya və azadlığa dəstək verəcəyini bəyan edib. Onun fikrincə, bu meyarlar bütün Avroatlantika məkanının üzvlərini birləşdirməlidir. Məqalədə bildirilir ki, Azərbaycan beynəlxalq terrorizm və təcavüzkar separatizmlə mübarizədə açıq və konstruktiv əməkdaşlığın tərəfdarı kimi çıxış edir.
XS
SM
MD
LG