Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:01

Metroda qəza ilə bağlı heç kim məsuliyyətə cəlb olunmayıb


Səs: Real audio
Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur İyunun 8-də metronun «Bakı Soveti» stansiyasında baş verən qəza ilə bağlı Səbael rayon prokurorunun müavini Elçin Sultanov deyir ki, aparılan istintaq işi üzrə ekspertiza təyin olunub, yoxlamalar gedir. Prosesdə prokurorluğun əməkdaşları ilə yanaşı mütəxəssislər və ekspertlər də iştirak edirlər. Onun sözlərinə görə, «vəziyyətin dəqiq araşdırılması üçün müəyyən vaxt tələb olunur. Yəqin ki, 10-15 günə hər şey aydınlaşar».



Elçin Sultanov deyir ki, qəza ilə bağlı cinayət işi açılsa da, hələlik heç kim məsuliyyətə cəlb olunmayıb.



Metronun «Bakı Soveti» stansiyasında baş verən hadisə parlamentin iyunun 10-da keçirilən iclasında da diqqət mərkəzində oldu. AXCP-dən olan millət vəkili Cəmil Həsənli qəzanın başvermə səbəbinin məmur özbaşınalığı olduğunu dedi. Onun sözlərinə görə, avtobuslarda insan tələfatı baş verməsini gözləmədən şəhər nəqliyyatında qayda yaratmaq lazımdır.



YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Musayev isə deyir ki, qəza hər bir müəssisədə baş verə bilər. O, qəzanın araşdırılması ilə bağlı dövlət başçısının lazımi tapşırıqlar verdiyini, hadisə zamanı zərər çəkənlərə isə yardımlar edildiyini bildirdi.



İyunun 8–də «Bakı Soveti» stansiyasının eskalatorunda qəza nəticəsində rəsmilər 11 nəfərin yaralandığını bildirirlər. Yaralılardan 1-i xəstəxanada dünyasını dəyişib. Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasından bildirirlər ki, orada müalicə olunanların vəziyyəti qənaətbəxşdir. 6–sı reanimasiyadadır, 2-si isə palatalara köçürülüb.
XS
SM
MD
LG