Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

«Murtuz Ələsgərovun üç varisi var»


Səs: Real audio
Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur «Ayna» qəzetindəki «Cənubi Qafqaz barıt çəlləyinə çevrilir» başlıqlı məqalədə Zaur İbrahimli yazır ki, Rusiyanın Gürcüstandan çıxarılan hərbi texnikanın bir hissəsini Ermənistandakı bazalara yerləşdirmək planları artıq Qərb mətbuatında da müzakirə olunmağa başlayıb. Müəllif yazır ki, Qərb mətbuatı Bakının bu məsələ ilə bağlı narahatlığını xüsusi qeyd edir. Azərbaycan Rusiya silahlarının Ermənistandakı bazaya köçürülməsi qərarına etiraz notası verib. Rəsmi Moskvada bunun narahatlıq doğurmayacağını deyirlər. Məqalədə bildirilir ki, məsələnin başqa bir tərəfi də var ki, bu da Cənubi Qafqazda böyük miqdarda silah-sursatın cəmləşməsinin hərbləşmənin böyük vüsət almasına dəlalət etməsidir.



«Bakı-Xəbər» qəzetindəki «Murtuz Ələsgərovun üç varisi var» başlıqlı məqalədə Elnur Məhərrəmli yazır ki, iqtidar cəbhəsində növbəti parlamentdə spikerin kim olacağı ilə bağlı gərgin müzakirələr aparılır. Müəllif yazır ki, bəzi məlumatlara görə, hazırki spiker Murtuz Ələsgərovun yerinə ən azı beş iddialı var. Onlardan üçü Murtuz Ələsgərovun öz namizədləridir. Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur. Bu fiqurları ayrılıqda şərh edən müəllif yazır ki, son günlər bəzi mənbələr nazirlər Əli Nağıyevlə Əli İnsanovun da spikerliyə iddialı olduqları haqqında yazırlar. Həmin müqayisələr isə sonuncuların daha güclü olduğunu deməyə əsas verir. Məqalədə bildirilir ki, sözsüz ki, yeni spikerin müəyyən edilməsində Murtuz Ələsgərov təsiredici qüvvəyə malik olmadığından üstünlük prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin namizədi Əli Əhmədovdadır.



«Xalq Cəbhəsi» qəzetindəki «Ermənistanda inqilab» başlıqlı məqalədə Raifə Həsənova yazır ki, işğalçı ölkədə praktiki olaraq bütün müxalifət qüvvələri referendumu baykot etməyə çağırırlar. Onların fikrincə, bununla xalq mövcud hakimiyyətə inamsızlığını nümayiş etdirəcək. Məqalədə bildirilir ki, ötən il Ermənistanda inqilab planının baş tutmaması erməni müxalifətini gərgin vəziyyətə salıb. Ölkədə yaranan koalisiya üçlüyü istənilən vacib qanun layihəsində səs çoxluğu qazana bilməyəcəyini anladığından parlamentin fəaliyyətini baykot etməkdə davam edirlər. Məqalədə bildirilir ki, bununla yanaşı müxalifətin baykotu Ermənistan parlamentində balansın pozulması ilə nəticələnən əks effekt verib. Belə ki, «Daşnaksütun» partiyası seçkilər zamanı Ermənistan prezidenti vəzifəsinə öz namizədini irəli sürmək niyyətini gizlətmir.
XS
SM
MD
LG