Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:27

Metroda xəsarət almış altı nəfər hələ də reanimasiyadadır


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir İyunun 8-də metronun «Bakı soveti» stansiyasında baş verən qəzada xəsarət alanların altı nəfəri hələ də Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasındadır.



Xəstəxananın növbətçi həkimi İsrail Məhərrəmbəylinin sözlərinə görə, hadisənin ilk günü reanimasiya şöbəsinə səkkiz yaralı yerləşdirilib. Onlardan biri - Vahid Axundov xəstəxanada vəfat edib, bir nəfərsə yüngül zədə aldığından ilkin tibbi yardımdan sonra evə buraxılıb.



Cənab Məhərrəmbəyli deyir ki, iki nəfərin vəziyyəti bir qədər ağır olsa da, digərlərinin səhhəti normaldır: «Hətta bir neçə nəfərin palataya köçürülməsi planlaşdırılır».



Metropoliten rəsmiləri bədbəxt hadisənin bir-neçə nəfərin təmirdə olan eskalatora minməsi və eskalatorun hərəkətə gəlməsi nəticəsində baş verdiyini bildirirlər.



Zərərçəkənlər isə başqa fikirdədirlər. Xəstəxananın reanimasiya şöbəsində yerləşdirilən Habil Salmanov hadisənin eskalatora minəndən bir neçə dəqiqə sonra baş verdiyini bildirir.



Digər zərərçən Svetlana Hüseynova da eyni fikri söyləyir.



Faktla bağlı Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə («Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulması») cinayət işi başlamış Səbayel rayon Prokurorluğundan heç bir əlavə məlumat ala bilmədik.
XS
SM
MD
LG