Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25
Rubrikalar

“Neftçi” və “Xəzər Lənkəran” çempionluğa inanır


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir - İyunun 10-da futbol üzrə Azərbaycan çempionu məlum olacaq. Gəncədə “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında “qızıl oyun” keçiriləcək.



“Neftçi” komandasının baş məşqçisi Ağasəlim Mircavadov komandanın fiziki və psixoloji cəhətdən yaxşı vəziyyətdə olduğunu deyir və “qızıl oyunda” qələbənin komandadakı lider oyunçulardan asılı olduğunu vurğulayr.



“Xəzər Lənkəran” komandasının baş məşqçi köməkçisi Nazim Süleymanov da komandasının hazırlıq səviyyəsindən razılıq edir və “qızıl oyuna” yalnız qələbə üçün getdiklərini deyir.



Futbol üzrə 13-cü milli çempionatın final oyunundan sonra həm “Neftçi”, həm də “Xəzər Lənkəran” bərabər xal topladığından çempionu müəyyənləşdirmək üçün “qızıl oyun” keçirilməsi qərara alınıb.



- İyunun 10-da Moldovanın Kişinyov şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı başlayır. Turnirdə 31 ölkədən 180 şahmatçı qüvvəsini sınayacaq. Avropa birinciliyində Azərbaycan beş idmançı ilə təmsil olunacaq. Qaliblər iyunun 25-də məlum olacaq.



- Həndbol üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandası dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün ilk pley-off görüşünü iyunun 11-də Bakıda Avstriya komandası ilə keçirəcək. İkinci oyun iyunun 17-də Vyanada olacaq.



- Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığma komandası iyunun 15-19-da Rusiyanın Yekaterinburq və Nijni Taqil şəhərlərində ənənəvi “Yeltsin kuboku”nda iştirak edəcək. Alla Həsənova və Yelena Şabovta həmin yarışa qatılmayacaqlar. Voleybolçu qızlar meydan sahibləri ilə yanaşı Kuba, Hollandiya, Türkiyə və Bolqarıstan milliləri ilə də yarışacaqlar.



Rusiyanın keçmiş prezidentinin şərəfinə keçirilmiş əvvəlki iki turnirdən Azərbaycan yığması bürünc medalla qayıtmışdı.
XS
SM
MD
LG