Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:46

AŞ parlament seçkiləriylə bağlı xüsusi fəaliyyət planını təsdiq etdi


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanda keçiriləcək parlament seçkiləriylə bağlı xüsusi fəaliyyət planını təsdiq edib. AŞ Baş Katibinin xüsusi nümayəndəsi Mats Lindberqin iyunun 9-da təqdim etdiyi bu plan hazırda Albaniyada tətbiq olunur.



Plana görə, iyul ayında kütləvi informasiya vasitələri üçün «Mətbuat və seçkilər» adlı seminar keçiriləcək.

Venesiya Komissiyasının katibliyinin əməkdaşı Sergey Kuznetsov tədbirdə iştirak edəcək. Mətbuat və hökumət arasında əməkdaşlığın ikinci raundu baş tutacaq.



Hakimlər üçün keçiriləcək seminarda isə seçkilərlə bağlı mübahisələrin necə həll olunması təbliğ olunacaq.



Cənab Lindberqin sözlərinə görə, planın mühüm hissəsindən birini seçicilər arasında seçki fəallığıyla bağlı məlumatları artırmaq təşkil edir. Bu işdə yerli qeyri–hökumət təşkilatlarının köməyindən də istifadə olunacaq.



Seçki kampaniyası ərzində siyasi partiya və namizədlərin maliyyələşməsinə nəzarət etmək məqsədilə monitorinq qrupu yaradılacaq.



Bundan başqa, demokratik seçki keçirmiş ölkələri təmsil edən nümayəndələrin iştirakıyla geniş konfransın keçirilməsi də nəzərdə tutulur. Həmin ərəfədə AŞ baş katibi Terri Devisin Azərbaycana gəlməsi planlaşdırılır.



Cənab Lindberqin sözlərinə görə, həmin nümayəndələr seçkilərin demokratikliyinin əhəmiyyəti haqda öz mesajlarını çatdıracaqlar: «Ümid edirik ki, Azərbaycan hökuməti Parlament Assambleyasından da müşahidəçilər dəvət edəcək».



M.Lindberqin sözlərinə görə, müşahidəçiliklə bağlı ATƏT-lə əməkdaşlıq edəcəklər.



Planının bir hissəsi texniki və məsləhətverici xarakter daşıyır. Bura Mərkəzi Seçki Komissiyası əməkdaşları üçün təlim-treninqlər daxıldir.
XS
SM
MD
LG