Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:11

«Hakimiyyət jurnalistin qətlini üstü açılmamış cinayətlər siyahısına əlavə etməklə məsələni bitirmək niyyətindədir»


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir «Azadlıq» qəzetindəki «Unutdurulan cinayətlər yeni cinayətlər yarada bilər» başlıqlı məqalədə Qənimət Zahid yazır ki, ola bilsin bizim ideya generatorlarımız jurnalist Elmar Hüseynovun qətli ilə bağlı hələ çox versiyalar açıqlayacaqlar. Bu onlara lazımdır. Müəllif yazır ki, Elmarın qatillərini tapmaq indiki hakimiyyətə lazım deyil. Məqalədə bildirilir ki, siyasi hakimiyyət jurnalistin qətlini üstü açılmamış cinayətlər siyahısına əlavə etməklə məsələni bitirmək niyyətindədir. Daha sonra qeyd olunur ki, indi bir sıra cinayətləri DİN-in sabiq zabiti Hacı Məmmədovun üzərinə qoyurlar. Amma unudurlar ki, Azərbaycanda bu dəstəyə oxşar dəstələrin çoxluğu ictimai rəydə inkar edilmir. Müəllif hesab edir ki, ağır cinayətlərin üstünün açılmaması onu göstərir ki, hökumət ölkədə kriminogen duruma tam nəzarət edə bilmir. Və cinayətkar dəstələrin fəaliyyəti üçün zəmin yaradılmasında mühim rol oynayır.



«Xalq Cəbhəsi» qəzetindəki «Sürprizlər ölkəsində yeni qalmaqallar» başlıqlı məqalədə Coşqun İranda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyəti şərh edir. Məqalədə bildirilir ki, ABŞ Dövlət Departamenti və bir sıra nüfuzlu qurumların məsələyə laqeyd yanaşmasının nəticəsidir ki, mindən artıq namizəd arasından yalnız altısının seçkiyə buraxılmasına etirazlar bir-iki bəyanatla məhdudlaşıb. Namizədlərin təbliğat kampaniyalarını qura bilməməsi və yaxud bunu istəməməsi seçkilərin formal xarakter daşıdığını göstərir. Elə bu səbəbdən də ölkədə baykot tərəfdarlarının sayı artır.





«Ayna» qəzetindəki «Qələbənin əks- sədası» başlıqlı məqalədə Zaur İbrahimli yazır ki, müxalifətin ilk vəzifəsi ölkə ictimaiyyəti və beynəlxalq birliyi mübarizənin əsasən hakimiyyət və «Üçlər» arasında gedəcəyinə inandırmaqdır. Güman olunur ki, ilk üç kütləvi aksiya buna şübhə edənləri inandırmaq üçün yetərli olacaq. Əsas vəzifə isə bütün respublika ərazisində kütləvi etiraz dalğası yaratmağa, Ukrayna və Gürcüstandakı kimi uzun müddətə küçələrdə «dinc səngər mübarizəsi» aparmağa müxalifətin qadir olduğunu sübut etməkdir. Müəllif yazır ki, məhz bu real müxalifətin parlamentdə kifayət qədər təmsil olunmayacağı təqdirdə proseslərin nəzarətdən çıxa biləcəyinə inandırıcı arqument olmalıdır. İlk üç aksiyadan sonra müxalifətin buna nail olub-olmayacağı barədə ilkin proqnozlar vermək mümkün olacaq.
XS
SM
MD
LG