Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:58
Rubrikalar

Qaçqınlar üçün evlərin tikintisinə ayrılan vəsait artırıla bilər


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir - Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi Dövlət Neft Fonduna müraciət edib və 2005-ci ildə qaçqınlar üçün evlərin tikintisinə ayrılan vəsaitin artırılmasını xahiş edib. Bu barədə fondun prezidenti Samir Şərifov bildirib. Onun sözlərinə görə, qaçqınlar üçün yeni qəsəbələrin salınması işi sürətlə gedir və ayrılan pullar çox tez sərf olunur. 2005-ci ilin dövlət büdcəsində qaçqınlar üçün evlərin tikintisinə 202 milyard manatın ayrılması nəzərdə tutulub.



- Bu həftə Bakıda «Şahdəniz» yatağından çıxan qazın Yunanıstana, oradan isə Avropaya nəqli haqqında danışıqlar davam etdiriləcək. Danışıqlar Yunanıstanın DEPA neft-qaz şirkətinin baş direktoru Vasilios Sobanopulosun Bakıya səfəri çərçivəsində aparılacaq.



- Yaxın gələcəkdə dünya bazarlarında neftin qiyməti enməyəcək. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev bildirir. Onun sözlərinə görə, dünyada neft və qaza olan tələbatın durmadan artması nəticəsində qiymətlərin bir qədər də qalxması gözlənilir. İndi dünya bazarlarında Azərbaycanın ixrac etdiyi «Azeri light» markalı neftinin bir bareli təxminən 53 dollar, «Ural» markalı neftin bir bareli isə 48 dollar yarımdır.



- Azərbaycan manatının qiyməti də dollara nisbətən artmaqda davam edir. İyunun 8-ə olan məlumata görə, Milli Bankda 1 Amerika dollarının qiyməti 4743 manata düşüb. 1 avro 5836 manat, 1 rubl isə 166 manatdır.
XS
SM
MD
LG