Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:54

Müxalifət meriyaya müraciət etdi


Səs: Real audio
Səfirin oğurlanmış əşyaları - içərisində sənədlər olan çantası və xidməti silahı həbs edilən Azər Nuruzadədən götürülüb İyunun 8-də ADP-AXCP-Müsavat seçki bloku Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Məktubda iyunun 18-ə keçirilməsi nəzərdə tutulan yürüş-mitinqə icazə verilməsi bildirilir.



Xəbəri «Azadlıq» radiosuna müxalifətin Mitinq Komitəsinin üzvü Məmməd Zeynalov verdi.



Onun sözlərinə görə, məktubda 18 iyun aksiyasının marşrutunun «20 yanvar» meydanından başlayıb, Dövlət Filmfondun binasının qarşısında bitməsi təklif edilir.



Müxalifətin 4 iyun aksiyası da eyni marşrutla keçib.



18 iyun aksiyasında birləşmiş müxalifətin seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, jurnalist Elmar Hüseynovun qətlinin üstünün açılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şüarlar səsləndirəcəyi gözlənilir.
XS
SM
MD
LG