Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:44

Metro qəzasında xəsarət alanlardan biri həyatını itirdi


Səs: Real audio
Səfirin oğurlanmış əşyaları - içərisində sənədlər olan çantası və xidməti silahı həbs edilən Azər Nuruzadədən götürülüb İyunun 8-də metronun «Bakı Soveti» stansiyasında baş verən qəzada xəsarət alıb Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Vahid Axundovu üzərində keçirilən ağır cərrahiyə əməliyyatından sonra həyata qaytarmaq mümkün olmayıb. Qalan 7 nəfərin səhhəti isə orta ağır dəyərləndirilir və palatalara yerləşdiriliblər.



Respublika Prokurorluğunun idarə rəisi Rüstəm Usubovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, hadisənin baş verdiyi eskalatorda təmir işləri aparılırmış.



«Təmir başa çatmamış üç nəfər eskalatora minib. Eskalatorun hərəkətə gəlməsi nəticəsində həmin şəxslər qollarından ciddi xəsarət alıblar».



Şahidlərin bildirdiyinə görə isə, eskalator təmir zamanı yox, adamlarla birgə hərəkət edərkən sınıb.



Xəstəxanaya gətirilənlər əsasən ağır kəllə-beyin zədəsi və müxtəlif bədən xəsarətləri alıblar.



Hadisə ilə bağlı Səbael rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
XS
SM
MD
LG