Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:38

Karlos Alberto Torres istefaya göndərildi


Səs: Real audio
Bu, Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsi ilə bağlı Venesiya Komissiyasının açıqladığı rəydə bildirilir İyunun 7-də Azərbaycan futbol üzrə milli yığmasının baş məşqçisi Karlos Alberto Torres istefaya göndərildi.



AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, qərar baş məşqçi ilə görüşdən sonra qəbul edilib.



Onun yerini kimin tutacağı hələlik məlum deyil.



Dünya seçmə mərhələsinin oyunları çərçivəsində Azərbaycan yığmasının Polşa seçməsinə 0-8 hesabı ilə məğlub olması K.A.Torresin postunu laxladıb.



İyunun 4-də Azərbaycan yığmasının öz meydanında yenə Polşa seçməsinə məğlub olmasından sonra azarkeşlər barziliyalı baş məşqçinin istefasını tələb edirdilər.
XS
SM
MD
LG