Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59
Rubrikalar

Azərbaycan alpinistləri Şimali Amerikanın ən yüksək zirvəsini fəth edib


Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır - İyunun 7-də iki azərbaycanlı alpinist – İsrafil Aşurlu və Faiq Mursaqulov Şimali Amerikada hündürlüyü 6193 metr olan Mak-Kinli dağında ən yüksək zirvəyə qalxıb. Bu haqda Alpinistlər Klubunun rəhbəri Səridan Mursaqulov məlumat verib.



Onun sözlərinə görə, zirvəyə qalxma beynəlxalq ekspedisiya çərçivəsində baş tutub. Ekspedisiyaya Rusiya, Ermənistan, Almaniya, Fransa, Belarus və Azərbaycandan olan 16 alpinist daxil olub. Zirvəyə qalxma və enmə çətin şəraitdə keçib və 10 saatdan çox vaxt aparıb.



Azərbaycanlı alpinistlər Bakıya iyunun 17-də qayıdacaqlar.



- Beynəlxalq Güllə Atıcılığı Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycanı təmsil edən stend atıcısı Zemfira Meftəhəddinova üçüncü pillədən beşinciyə enib. Onun 1847 xalı var. Pnevmatik tapançadan güllə atıcısı İradə Aşımova isə dördüncü yerdədir.



- İyunun 10-da Moldovanın Kişinyov şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının startı veriləcək. Turnirdə 31 ölkədən 180 şahmatçı qüvvəsini sınayacaq. Avropa birinciliyində Azərbaycanı beş idmançı təmsil edəcək. Yarış 11 turdan ibarət olacaq. Qaliblər iyunun 25-də məlum olacaq.
XS
SM
MD
LG