Keçid linkləri

Təcili xəbərlər
2021, 31 İyul, şənbə, Bakı vaxtı 23:03

İnqilabçı gənclər «Kruya paktı» imzaladılar


Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır Albaniyanın Kruya şəhərində bir qrup inqilabçı gənclər təşkilatları -«Kmara»(Gürcüstan), «Pora» (Ukrayna), «Otpor» (Serbiya), «PoF» (Livan), «Unitas» (Serbiya və Çernoqoriya), «YHRM» (Rusiya), «ZUBR» (Belorusiya), «KAN» (Bosniya), «Konq» (Xorvatiya), «Loja» (Makedoniya) və s. «Kruya paktı» imzalayıblar.



Azərbaycandan bu pakta «YOX» hərakatı imza atıb.



Hərəkatın nümayəndəsi Vüqar Salamlının verdiyi məlumata görə, paktda inqilabçı gənclər təşkilatları azadlıq və demokratiya uğrunda mübarizədə bir-birinə dəstək vermək öhdəliyi götürüblər: «Birimizə qarşı edilən hücum hamımıza qarşı edilən hücum kimi qiymətləndiriləcək. Hər birimiz hədəfə alınanı müdafiə edəcəyik».



Cənab Salamlı sənədin əsas məğzinin «hamımız birimiz, birimiz hamımız üçün» devizi olduğunu deyir.
XS
SM
MD
LG