Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:02
Rubrikalar

Maliyyə naziri əhalini aldığı mallara görə çek tələb etməyə çağırır


Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır - İyunun 7-də Bakıda başlayan neft-qaz sərgisində və konfransında 29 ölkədən 331 şirkət iştirak edəcək. Onlar neft-qaz sənayesi sahəsində buraxdıqları malları və göstərdikləri xidmətləri reklam edəcəklər. Keçən ilkindən fərqli olaraq, bu il sərgidə Azərbaycanı daha çox - 40 şirkət təmsil edəcək. Tədbirdə prezident İlham Əliyevin də iştirakı gözlənilir.



- Maliyyə naziri Fazil Məmmədov mətbuata verdiyi açıqlamada ölkə əhalisini aldığı mallara görə dükanlardan çek tələb etməyə çağırıb. Onun sözlərinə görə, dükanlardakı kassa aparatlarında qeydiyyata düşməyən hər bir manat vergidən yayınma hallarına yol açır. Nazir deyib ki, bu səbəbdən dövlət büdcəsi hər il milyard manatlarla vəsait itirir.



- «Barmek Azərbaycan» şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankından 47 milyon dollar kredit alacaq. Bu barədə şirkətin prezidenti Hüseyn Arabul bildirib. Onun sözlərinə görə, bu vəsait şirkətin investisiya proqramları çərçivəsində həyata keçirilən layihələrə, o cümlədən enerji paylama cihazlarının təzələnməsinə və yeni hidroelektrostansiyaların tikilməsinə sərf olunacaq.



- Və nəhayət, xarici valyuta məzənnələri. Dollar və avro manata nisbətən ucuzlaşmaqda davam edir. İyunun 6-na olan məlumata görə, Milli Bankda 1 dollar 4749 manat, 1 avro 5823 manat, 1 rubl isə 167 manatdır.
XS
SM
MD
LG