Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:31

Məzunlar çoxmərhələli imtahanlarla üz-üzədirlər


Səs: Real audio
Parlament seçkiləri azad və ədalətli seçki kimi tanınmasa Orta məktəbi bitirən şagirdlər buraxılış imtahanını 2 mərhələdə verirlər. Əvvəlcə Azərbaycan tarixi, Ədəbiyyat, Cəbr və analizin başlanğıcı və Coğrafiya fənnlərindən test üsulu ilə, sonra isə bir neçə fənndən qeyri - test üsulu ilə. Hələ bundan sonra da ayrıca ali məktəblərə qəbul imtahanları var.



Rəsmi dairələr bunun zəruri olduğunu desələr də, bir sıra mütəxəssislər, valideynlər və şagirdlər az müddətdə bu qədər imtahanı müsbət dəyərləndirmirlər.



Təhsil Nazirliyi icra aparatının rəhbəri İlham Pirməmmədov deyir ki, «nazirin əmri ilə orta məktəbin aralıq siniflərində imtahanlar ləğv edildiyi üçün buraxılış siniflərində – 9 və 11-ci siniflərdə bu cür imtahan sistemi tətbiq olunur. Hələlik orta məktəblərin təklifləri və nazirliyin rəyi belədir».



İlham Pirməmmədovun sözlərinə görə, artıq 2 ildir ki, Dünya Bankının maliyyə dəstəyilə Təhsil Nazirliyində şagird biliyinin qiymətləndirilməsi şöbəsi yaradılıb. Həmin şöbə hazırda bir sıra məktəblər üzrə şagirdlərin biliyini yoxlamaqla məşğuldur. Gələn il isə bu yoxlama bütün məktəblər üzrə aparılacaq.



Nazirliyin icra aparatının rəhbəri imtahanların bu qaydada aparılmasının müsbət tərəfini izah edərkən bildirir ki, bununla məzunlar ali məktəblərə qəbul imtahanları ərəfəsində testə hazır olmağı öyrənirlər.



İlham Pirməmmədov əlavə edir ki, gələcəkdə orta məktəblərdə bütün fənnlər üzrə imtahanların test üsulu ilə keçirilməsi üçün Təhsil Nazirliyində iş gedir.



Bakının Səbael rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı orta məktəbin direktoru Süsən Məmmədovanın fikrincə isə, məzunların qısa bir zaman kəsiyində iki dəfə – həm buraxılış, həm də bundan sonra ali məktəblərə qəbul imtahanı vermələri o qədər də vacib deyil.



Süsən Məmmədova əlavə edir ki, əgər şagirdin biliyi varsa, o, öz biliyini istər buraxılış imtahanında, istərsə də ali məktəbə qəbul imtahanında ortaya qoyacaq. Bundan ötrü onu iki dəfə yoxlamaq heç nəyi dəyişmir.



Valideynlər isə imtahanın çoxluğundan yox, bunun nə məqsədlə edildiyindən narahat olduqlarını bildirirlər. Bəzi valideynlər isə deyirlər ki, imtahanların belə qaydada tətbiqi şagirdlərin intellektual səviyyəsinin inkişafına heç bir müsbət təsir göstərməyəcək. Əksinə, bu müəllimlərin rüşvət alması üçün əlavə vasitə olacaq.



Qızı bu il imtahan verən Elşad Əskərxanov isə deyir ki, uşaqlar üzərində belə eksperimentlər təhsilin gələcəyi üçün yaxşı heç nə vəd etmir.



Məsələyə bu prosesin iştirakçıları – məzunların da fikirlərini öyrəndik. Onlar təkcə məktəbdə iki dəfə imtahan verilməsini yox, hətta bundan sonra ali məktəblərə qəbul imtahanlarını artıq əmək sərfi kimi dəyərləndirdilər. Onlar bütün fənnlər üzrə imtahanların bir gündə keçirilməsini daha əlverişli saydılar. Bəziləri isə ümumiyyətlə, buraxılış imtahanı ilə ali məktəbə qəbul imtahanının eyni vaxtda keçirilməsinə tərəfdar olduqlarını dedilər.



Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı isə deyir ki, imtahanların bu qaydada aparılması gələcəkdə buraxılış imtahanlarını bütövlükdə test üsulu ilə keçirməyə hazırlq ola bilər. Onun fikrincə, «əslində bu, prosesin necə nəticələnəcəyinə hesablanmış bir eksperimentdir. Ancaq şagirdlər üzərində onların bir neçə dəfə həyəcan keçirmələrinə səbəb olan belə eksperimentlərin aparılması yolverilməzdir».



Zəminə Əliqızı hesab edir ki, imtahanlar Vahid Milli Test üsulu ilə aparılmalıdır. Yəni, orta məktəbi bitirən şagirdlər eyni vaxtda həm buraxılış, həm də ali məktəbə qəbul imtahanı verməlidirlə
XS
SM
MD
LG