Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:58

Moskvada 26 yaşlı azərbaycanlı öldürülüb


Səs: Real audio
Rusiyadakı Azərbaycan səfirliyi Vahid Naibov adlı əməkdaşının olmadığını bildirir Moskvada 26 yaşlı Azərbaycan vətəndaşı Teymur Naibov qətlə yetirilib. O, 59 yaşlı Vahid Naibovun oğludur.



Vahid Naibovun Moskvadakı tikinti şirkətlərindən birinin baş direktoru olduğu söylənilir.



Moskva Mərkəzi inzibati Vilayət Prokurorluğu mətbuat xidmətinin yaydığı məlumata görə, qətl iyunun 3-də baş verib. Ancaq mərhumun meyiti iki gün sonra aşkarlanıb.



Qətlin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.



Rusiya kütləvi informasiya vasitələrinin qətlə yetirilənin atası Vahid Naibovun Azərbaycanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər üzrə ştatdankənar müşaviri olması xəbəri öz təsdiqini tapmır.



Bekə ki, Rusiyadakı Azərbaycan səfirliyinin müşaviri Mustafa Kərimov «Azadlıq» radiosuna verdiyi məlumatda qətl faktını təsdiqləsə də, səfirliyin Vahid Naibov adlı əməkdaşının olmadığını bildirdi.
XS
SM
MD
LG