Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:08
Rubrikalar

Azərbaycan qılıncoynadanları ikinci olub


Səs: Real audio
Almaz Quliyevanın vəziyyəti ağır olaraq qalır - Qılıncoynatma üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası Tbilisidə keçirilən beynəlxalq yarışda bir qızıl, bir bürünc medal qazanıb. Bu haqda məlumat verən baş məşqçi Yaşar Məmmədovun sözlərinə görə, komanda hesabında Azərbaycan ikinci olub.



Bu yarışdan sonra gənclər komandası iyunun 16-25-də Moskvada keçiriləcək MDB və Baltikyanı dövlətlərin beynəlxalq idman oyunlarında çıxış edəcək.



- Futbol üzrə Azərbaycan çempionatının üçüncüsü olmuş Yevlaxın «Karvan» komandasına bundan sonra türkiyəli məşqçi Fuad Yaman başçılıq edəcək. Bu haqda yeni baş məşqçi keçirdiyi mətbuat konfransında məlumat verdi. O, komanda ilə bir illik müqavilə imzalayıb. Cənab Yaman müqavilənin maddi tərəfi haqqında isə bunları dedi:



«Bu hər halda 1 milyon dollarlıq rəqəm deyil. Ona görə də məbləği demək istəmirəm».



Yeni mövsümdə «Karvan» klubunda iki yeni futbolçu da çıxış edəcək.



- İyunun 6-da Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə Dünya Kubokunun növbəti mərhələ yarışlarının startı verilib. Yarışda 75 ölkədən 690 idmançı iştirak edir. Azərbaycanı Afina Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşımova təmsil edir. O, 10 və 25 metr məsafəyə atəş açmaqda qüvvəsini sınayacaq.
XS
SM
MD
LG