Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

V.Oskanyanla E.Məmmədyarov iyunun 17-də Parisdə görüşəcək


Səs: Real audio
Almaz Quliyevanın vəziyyəti ağır olaraq qalır Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü iyunun 17-də Parisdə keçiriləcək. Bu haqda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov xəbər verir.



Cənab Əzimov jurnalistlərlə söhbətində bildirdi ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.



Həmsədrlərin tərəflərin hər biri ilə ayrı-ayrılıqda və birlikdə görüşü olacaq: «Zəruri olsa Elmar Məmmədyarovla Vardan Oskanyanın təkbətək görüşü də keçirilə bilər».



Araz Əzimovun sözlərinə görə, nazirlər 2005-ci il yanvarın 11-də Praqa görüşü çərçivəsində müəyyən olunmuş məsələləri müzakirə edəcəklər.



Praqa görüşü münaqişənin mərhələli həlli planı ətrafında gedib. Plan Azərbaycanın işğal olunmuş 7 rayonunun azad edilməsini, regional əlaqələrin bərpasını, azərbaycanlı əhalinin öz yerlərinə qayıtmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini nəzərdə tutur.



Ermənistanın kutləvi informasiya vasitələri isə bu görüşün iyunun 18-də olacağını xəbər verirlər.
XS
SM
MD
LG