Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08
Rubrikalar

"Necə oldu ki, Ermənistan Bakı-Tbilisi-Ceyhandan kənarda qaldı?"


Səs: Real audio
Almaz Quliyeva xəstəxanada da polis nəzarətindədir - Necə oldu ki, Ermənistan Bakı-Tbilisi-Ceyhandan kənarda qaldı? Axı əvvəl onun da iştirakı barədə danışıqlar gedirdi.



Ermənistanın sabiq baş naziri, Ermənistan Konyak Fabrikinin icraçı meneceri Qrant Baqratyan: “O zaman biz dünya bankından kəmərin Ermənistandan keçməsi variantına da baxmasını istədik. Amma indi bu layihə realizə olunduğu şəkildə olunub və bunu alqışlayıram. Düzdür, belə layihələrdə iştirak etmək istərdik. Məncə, hər halda bizi qarşıda gözləmək lazımdır”.



- Bəzi ekspertlər kəmərin deyildiyi qədər də uğurlu olmadığını bildirirlər.



Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban: “İstərdim olanlara real gözlə baxaq. Nə bilim, gəlirli deyil, uğur gətirməyəcək. Bu yalnız siyasi fərziyyələrdir. İstənilən hətta kiçik kəmər çəkilən xərci çıxardırsa, o, yüz faiz uğurlu layihədir”.



- Doğrudanmı, Azərbaycan, Gürcüstan və ya Amerikanın məqsədi Rusiyanın iqtisadi mövqeyini laxlatmaqdır?



Ümumdünya Laboratoriya Assosiasiyasının sədri Soso Siskarişvili: “Rusiyanın keçmiş SSRİ ərazisində hər hansı bir iri layihədə iştirak etməməsi əlbəttə, böyük siyasi hadisə idi. Və bu böyük mənanı nəzərə alaraq Gürcüstan siyasi faktoru irəli çəkdi”.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG