Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:32

Siyasi sığınacaq almaq istəyənlərin sayına görə Azərbaycan 29-cu yerdədir


Səs: Real audio
Almaz Quliyeva xəstəxanada da polis nəzarətindədir Bugünkü “Qlobus”da:



- Avropadakı Azərbaycan diasporasının ən fəal nümayəndələri kimlərdir?



- Cənubi Afrika Respublikasında oxuyan bir azərbaycanlı bu ölkənin təhsil sistemindən razıdır;



- İsveçdən deportasiya olunmaq təhlükəsi ilə üzləşdiyi üçün özünü və oğlunu yandırmaqla hədələyən azərbaycanlı həbs edilib.




Sığınacaq almaq üçün müraciətlərin sayına görə Azərbaycan dünyada 29-cu yerdədir. Bu haqda BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının növbəti kvartal məruzəsində bildirilir. 2005-ci ilin yanvar–mart ayları ərzində 801 Azərbaycan vətəndaşı sığınacaq üçün müraciət edib. Ən çox sığınacaq almaq istəyənlər isə Fransa, Amerika və Böyük Britaniyada qeydə alınıb.



İlk qonağımız Almaniyadan siyasi mühacir Ələsgər Siyabovdur. O, 2002-ci ildə Almaniyaya köçüb və hazırda Paderborn şəhərində yaşayır.



Ələsgər Siyabov deyir ki, hazırda ictimai-siyasi fəaliyyətlə məşğuldur. O, Almaniyanın Şimali-Reyn-Vestfalia vilayətində “Birlik” Azərbaycan Mədəniyyət Həmrəylik Cəmiyyəti yaradıb. Cəmiyyət Azərbaycanın problemləri və Qarabağ münaqişəsi ilə bağlı müxtəlif tədbirlər keçirir, eləcə də Almaniyada Azərbaycan mədəniyyətinin təbliği ilə məşğuldur.



Daha ətraflı Audio hissədə



Növbəti qonağımız isə Cənubi Afrika Respublikasında təhsil alan Cəmil Məmmədəlizadədir. Cəmil 3 il əvvəl, 19 yaşında xaricdə təhsil almaq üçün Azərbaycanı tərk edib. Hazırda CAR-ın paytaxtı Pretoriya şəhərindəki universitetdə beynəlxalq əlaqələr fakültəsində oxuyur.



Dediyinə görə, oxuduğu universitetin təhsil səviyyəsindən razıdır və ümumiyyətlə, onun bu ölkədən çox xoşu gəlir.



Daha ətraflı Audio hissədə



Mayın 30-da İsveçin Karlskrona şəhərinin xəstəxanasında Faiq adlı bir azərbaycanlı özü ilə oğlunu od vurub yandırmaqla hədələyib. Həmin şəxs bir il əvvəl yoldaşı, iki oğlu və bir qızı ilə birlikdə İsveçə gəlib və bu ölkədə siyasi sığınacaq almaq istəyib. Amma İsveç hökuməti ona sığınacaq verməyib və o, deportasiya təhlükəsi ilə üzləşib.



İsveç Azərbaycanlıları Federasiyasının sədri Manaf Səbabi deyir ki, cümə axşamı Faiqin məhkəməsi olub və o, azadlığa buraxılıb, amma o biri gün yenidən həbsə alınıb.



Manaf Səbabi Faiqin ailəsinin bu həftə İsveçi tərk edib başqa Avropa ölkəsinə getdiyini deyir.



Cənab Səbabinin sözlərinə görə, son bir neçə ay ərzində Azərbaycandan olan üç jurnalist İsveçdə siyasi sığınacaq statusu alıb. Bu günlərdə isə müxalifət qəzetlərindən birinin əməkdaşı olan daha bir jurnalist sığınacaq üçün İsveç hökumətinə müraciət edib.



Daha ətraflı Audio hissədə



“Qlobusda” deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşmək istəyənlər “Azadlıq” radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər.
XS
SM
MD
LG