Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:23

Müxalifət seçkiqabağı ilk icazəli mitinqini keçirdi


Səs: Real audio
Almaz Quliyeva xəstəxanada da polis nəzarətindədir İyunun 4-də «Üçlər» seçki blokunun üzvləri – Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyaları metronun «20 Yanvar» stansiyasından keçmiş «Qələbə» kinoteatrının qarşısınacan yürüş-mitinq keçiriblər. Aksiyaya Liberal, Ümid partiyaları, habelə bir sıra gənclər təşkilatları da qatılıb.



Müxalifətçilər «Azad seçki!», «Elmar Hüseynovun qatilləri tapılsın!» «Hakimiyyəti qəsb edənlərə yox deyirik!» və s. şüarlar səsləndiriblər. Aksiyada ABŞ prezidenti Corc Buşun portretləri qaldırılıb.



Təşkilatçılar yürüş-mitinqdi on minlərlə insanın toplaşdığını bildirsələr də, Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda qatılanların 3 min nəfərə qədər olduğu göstərilir.



Aksiya icazəli olduğundan polis mitinqə müdaxilə etməyib. Amma təşkilatçıların iddiasına görə, polis rayonlardan mitinqə gələnlərin qarşısını bir neçə istiqamətdə kəsməyə çalışıb.



Mitinqin qətnaməsində Seçki Məcəlləsinin dəyişdirilməsi, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, siyasi mühacirlərin, o cümlədən, ADP sədri Rəsul Quliyevin seçkilərdə iştirakının təmin edilməsi vurğulanır. 2003-cü il 15-16 oktyabr hadisələri ilə bağlı həbs olunmuş və üzərlərində məhkəmə hökmü olan partiya funksionerlərinin seçkilərdə iştirakına maneələrin aradan qaldırılması tələb edilir.



AXCP sədri Əli Kərimlinin sözlərinə görə, «Üçlər» iki həftədən sonra yeni aksiya keçirməyi planlaşdırır.
XS
SM
MD
LG