Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:44
Rubrikalar

Azərbaycanla Ukrayna birlikdə zavod tikəcək


Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» - Azərbaycanda 3-cü mobil rabitə operatoru olmaq istəyən xarici şirkətlərin adları açıqlandı. “Azərtac” agentliyinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən yaydığı məlumata görə, 3 Rusiya şirkəti bu sahəyə maraq göstərir. Bunlar MTS, “Bilayn” və “Meqafon”dur. Nazirliyin məlumatına görə, ölkəyə 3-cü operatorun gətirilməsi lisenziya sisteminin qəbulundan sonra mümkün olacaq.



- Azərbaycanla Ukrayna arasında neftayırma zavodlarının tikintisi haqqında razılıq əldə olunub. Bu haqda MDB hökumət başçılarının Tbilisidə keçirilən görüşündə Ukraynanın baş naziri Yuliya Timoşenko məlumat verib. Toplantıda həmçinin 2010-2012-ci illərdə ölkələr arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması qərara alınıb.



- İyunun 3-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4752, 1 rubl 167, 1 avro isə 5839 manatdır.
XS
SM
MD
LG