Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:46

«Pentaqonun Cənubi Qafqazla bağlı planları iflas təhlükəsində»


Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» «Bakı-Xəbər» qəzetindəki «Azərbaycanda vəziyyət ağır sabitdir» başlıqlı məqalədə Malik Hüseynli yazır ki, Beynəlxalq Böhran Qrupunun aylıq hesabatında Azərbaycan vəziyyətin dəyişilmədiyi ölkələr sırasına aid edilib. Nəzərə alsaq ki, sonuncu dəfə təşkilat Azərbaycanı vəziyyətin ağırlaşdığı ölkələr sırasına aid edib, onda Azərbaycanda vəziyyətin ağır olduğunu söyləmək olar. Hesabatda prezident İlham Əliyevin 11 mayda seçki ilə bağlı sərəncam imzalamasına baxmayaraq mayın 21-də polisin müxalifətin yürüş-mitinqini zorakı yolla dağıtdığı, yürüşdən öncə və sonra kütləvi həbslər olduğu qeyd olunur.

Müəllif yazır ki, adıgedən təşkilat Azərbaycandakı vəziyyətlə bağlı birinci dəfə deyil ki, belə kəskin açıqlamalar verir. Məqalədə qeyd edilir ki, bu, ölkənin nüfuzuna ciddi xələl gətirən amillərdəndir.



«Azadlıq» qəzetindəki «4 iyun mitinqi 28 May meydanında olacaq» məqaləsində bildirilir ki, hakimiyyətin Motodrom işarəsi tamamilə əks effekt verəcək. Aparıcı müxalifət partiyaları mitinqi şəhərin mərkəzində keçirmək qərarına gəliblər. Yazıda bildirilir ki, dünən axşam müzakirə aparan müxalifət rəhbərlərinin son qərarı belə olub. Müxalifətə aksiya keçirmək üçün şəhərin kənarında yer təklif edilməsi hakimiyyətin provokasiyasıdır. Və bu, yerli və beynəlxalq ictimaiyyət tərəfindən hiddətlə qarşılanacaq. Məqalədə meriyanın mitinq keçirilməsi üçün Motodromu təklif etməsinin səbəblərinə də aydınlıq gətirilir. Bildirilir ki, iqtidar bir daha göstərdi ki, xalqın etirazını dinləməkdən və müşahidə etməkdən belə dəhşətli dərəcədə qorxur.



«Ayna» qəzetindəki «Pentaqonun Cənubi Qafqazla bağlı planları iflas təhlükəsində» sərlövhəli məqalədə Cəsur Məmmədov yazır ki, Rusiyanın Ermənistanı Qafqaz jandarmına çevirməsi Qərbin bölgə ilə bağlı planlarını alt-üst edə bilər. Gürcüstandakı Rusiya hərbi bazalarının bir hissəsinin Ermənistana köçürülməsi bu ölkənin forpost rolunun möhkəmləndirilməsi istiqamətində atılmış növbəti addımdır. Və bu, son on ildə formalaşmaqda olan geosiyasi tarazlığı kökündən dəyişdirəcək. Baş vermiş hadisə ABŞ-ın Cənubi Qafqazla bağlı prioritet məqsədlərinin gerçəkləşdirilməsini bir neçə il geriyə ata bilər.
XS
SM
MD
LG