Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

«İctimai Liderlər» və «Media-2005» əməkdaşlıq sazişi imzaladı


Səs: Real audio
Meriya yürüş-mitinqin Motodromda keçirilməsinə qərar verdi İyunun 2-də «İctimai Liderlər» və «Media-2005» seçki blokları əməkdaşlıq sazişi imzaladılar.



Sazişə görə, bloklar seçkilərin demokratik və ədalətli keçirilməsinə çalışacaq. Seçki saxtkarlığına qarşı birgə işlər görüləcək. Eyni zamanda siyasiləşməmiş seçiciləri fəallaşdıraraq öz elektoratlarına çevirmək də qərara alınıb.



«İctimai Liderlər» Birliyinin üzvü Sabit Bağırov hər iki tərəfin belə bir saziş imzalanmasından məmnun olduğunu bildirir.



Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Əli Quliyev isə hesab edir ki, saziş bloklararası konsolidasiyanı gücləndirəcək. Digər tərəfdən isə blokların çoxluğu ilə bağlı seçicilərdəki çaşqınlığı azaldacaq.



Bu, Azərbaycanda seçki blokları arasında imzalanmış ilk sazişdir.
XS
SM
MD
LG