Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Müxalifət ilkin seçkilər keçirə bilər


Səs: Real audio
Meriya yürüş-mitinqin Motodromda keçirilməsinə qərar verdi «Üçlər» bloku 50-yə yaxın dairədə vahid namizədi müəyyən edib. Qalan 70-dən çox dairədə vahid namizədin hələ müəyyən edilməməsini isə blokda təmsil olunan partiyalar prosesin ümumilikdə mürəkkəbliyi ilə izah edirlər.



Azərbaycan Xalq Cəbhəsi partiyası sədrinin müavini Fuad Mustafayev deyir ki, onlar həm ən çox şansı olan namizədlərin üzərində dayanır, həm də bu prosesdə imkan daxilində narazılıqların yaranmamasına çalışırlar.



Fuad Mustafayevin sözlərinə görə, vahid namizədin müəyyən edilmədiyi dairələrdə ciddi mübahisələr yaranarsa, problemin yoluna qoyulması ilk növbədə rayon şöbələrinə həvalə ediləcək. Nə yerlərdə, nə də mərkəzi aparatlarda hansısa bir dairə ilə bağlı razılıq əldə edilməzsə, həmin dairədə namizədlər arasında ilkin seçkinin keçirilməsi planlaşdırılır.



Fuad Mustafayevə görə, onlar tək öz aralarında yox, o cümlədən müttəfiq bloklarla da əməkdaşlıq haqqında düşünürlər. Hətta belə bir ilkin razılıq var ki, bəzi dairələrdə «YeS» blokunun namizədlərinə güzəştə gedəcəklər.



«YeS» blokunun həmtəsisçisi Eldar Namazov isə deyir ki, onlar arasında daha geniş əməkdaşlığa ehtiyac var.



“Biz çalışmalıyıq ki, əksər dairələrdə müxalifət vahid namizədlərlə çıxış etsin”.



«Üçlər» blokuna daxil olan Müsavat partiyası başqanının müavini Mehman Cavadoğlu da bildirir ki, ümumilikdə, müxalifətin vahid namizədlərlə çıxış etməsi yaxşı olardı. Ancaq onun sözlərinə görə, «Üçlər» bloku ilk növbədə öz aralarında vahid namizədin müəyyən edilməsinə üstünlük verir.
XS
SM
MD
LG