Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59
Rubrikalar

“Azərcell”in yeni səhmdarı peyda ola bilər


Səs: Real audio
Meriya yürüş-mitinqin Motodromda keçirilməsinə qərar verdi - Rusiyanın “Alfa Qrup” şirkəti “Azərcell”in səhmdarına çevrilə bilər. İsveçin “Svenska Dadbladet” qəzetinin yazdığına görə, “Alfa Qrup” və “Türkcell”in əsas səhmdari - “Çukurova” şirkəti birlikdə holdinq yaradaraq “Türkcell”dəki qalan 45 fazilik səhm paketini almağı planlaşdırırlar. Türkiyənin “Dünya” qəzetinin məlumatına görə, hazırda bu səhm paketi “TeliaSonera” şirkətinə məxsusdur. “Türkcell”in səhmdarına çevriləcək “Alfa Qrup” avtomatik olaraq “Azercell”in də payçısı olacaq. Çünki, “Türkcell”in “Azercell”dəki payı təxminən 50 faizdir.



- Prezident fərmanı ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın əsasnaməsi təsdiq olunub. Fərmana görə, korrupsiyaya qarşı mübarizənin nəticələri haqda illik hesabat tərtib olunacaq və mətbuatda dərc olunacaq. Komissiya Dövlət Qulluğunu İdarəetmə Şurası yanında fəaliyyət göstərir, rəhbəri isə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevdir.



- İtaliya Azərbaycan qaçqın və köçkünlərinə 1 milyon avroluq yardım ayırmaq haqda qərar qəbul edib. “Azərtac” agentliyinin məlumatına görə, yardım ərzaq məsullarından ibarətdir. İtaliya Azərbaycana 1 milyon avroluq pendir, düyü və qənd göndərəcək. Yardımı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi paylayacaq.



İyunun 2-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4756 manat, 1 rubl 168, 1 avro isə 5810 manatdır.
XS
SM
MD
LG