Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:05

Futbol: əlac psixoloqa qalıb


Səs: Real audio
Meriya yürüş-mitinqin Motodromda keçirilməsinə qərar verdi İyunun 4-də Azərbaycan və Polşa komandaları futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda qarşılaşacaqlar. Varşavada keçirilən oyunda Polşa komandası 8-0 hesabıyla qələbə qazanmışdı. Bəs böyük hesabla məğlub olan Azərbaycan futbolçularının Bakıdakı oyun ərəfəsində psixoloji durumu necədir? Onların oyuna psixoloji hazırlığı üçün nə kimi işlər görülür?



Azərbaycan komandasında psixoloq yoxdur. Ümumiyyətlə, bir neçə ildir ki, Azərbaycan futbolçularının beynəlxalq oyunlara psixoloji cəhətdən hazırlanmasının vacibliyi barədə fikirlər səslənir.



Milli komandanın azərbaycanlı məşqçisi Elxan Abdullayev deyir ki, psixoloqun işini elə baş məşqçi Karlos Alberto Torres görür. Elxan Abdullayev deyir ki, onlar milli komandada psixoloqun olmasını istəyərdilər, amma Azərbaycanda bu işə yarayan kadr tanımırlar. Məşqçi onu da deyir ki, hətta güclü komandaların da böyük hesabla uduzması mümkündür, bu hamının başına gələ bilər. Onun sözlərinə görə, Azərbaycan komandası oyuna psixoloji cəhətdən hazırdır və bütün oyunçular Polşadakı məğlubiyyətin əvəzini çıxmaq istəyirlər.



Amma Elxan Abdullayevdən fərqli olaraq, «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli hesab edir ki, futbol məmurları Azərbaycan milli komandasında psixoloq vəzifəsi təsis etməlidirlər və həmin mütəxəssis komandanın bütün məşqlərində iştirak etməlidir.



«Güclü komandalarda bəlkə də buna ehtiyac yoxdur. Azərbaycan kimi zəif və məğlubiyyət kompleksi olan komandaları isə oyuna kökləmək, ruhlandırmaq üçün psixoloqa ehtiyac var».



Mahir Rustəmli hesab edir ki, Azərbaycanda idmanın psixologiyası ilə məşğul olan mütəxəssislər var, sadəcə, məşqçilər bu məsələyə ciddi yanışmırlar.



Azarkeşlər bu dəfə Azərbaycan komandasının heyətində Polşa və İngiltərədəki son oyunlardakından bir qədər fərqli adlar görə biləcəklər. Xüsusən hücumda. Məsələn, çoxdandır yığmaya çağrılmayan Fərrux İsmayılov heyətə salınıb. Bundan başqa, milli çempionatda ən çox qol vuran Zaur Ramazanov da bu dəfə meydana çıxa biləcək.



Milli komandanın məşqçisi Elxan Abdullayev deyir ki, komandanın ən böyük problemi son bir neçə oyunda qol vura bilməməkdir. Sonuncu qolu Uels yığmasıyla görüşdə vurublar və ümid edirlər ki, Polşayla oyunda vəziyyət dəyişəcək.



Amma milli komandanın uğur qazana bilməməsinin daha dərin səbəbləri olduğunu deyənlər də var.



Bakının «Neftçi» komandasının keçmiş hücumçusu İsgəndər Cavadov hesab edir ki, braziliyalı mütəxəssis Karlos Alberto Torresin yığma rəhbərliyinə gətirilməsi düzgün deyildi. Onun fikrincə, cənab Torres təcrübəsiz məşqçidir və ondan yüksək nəticə gözləmək olmaz. Bundan başqa, İsgəndər Cavadov milli komandanın məşq etməsi üçün ayrıca təlim-məşq bazasının olmamasını böyük problem sayır.



«Baza olsa, oyunçular məşqçinin nəzarəti altında vaxtlı-vaxtında yatıb-durarlar, yemək rejiminə riayət edərlər».



İsgəndər Cavadov deyir ki, əgər məşqçilər dəyişməsə və milli komandanın məşqlərinə dünya standartlarına uyğun şərait yaradılmasa, qarşıdakı oyunlardan uğurlu nəticə gözləməyə dəyməz.



«525-ci qəzet»in idman yazarı Aqşin Əliyev isə düşünür ki, problem baş məşqçi ilə yox, yerli futbolçuların hazırlığının aşağı səviyyədə olması ilə bağlıdır. O deyir ki, indi dünya futbolunda oyunçu düzülüşünün 4-4-2 sxemi – 4 müdafiəçi, 4 yarımmüdəfiəçi və 2 hücumçu sxemi ən uğurlu forma sayılır. Amma Azərbaycan futbolçuları bu sxemin öhdəsindən gələ bilmirlər.



«Çü
XS
SM
MD
LG