Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

“Pünhan” ansamblının bədii rəhbəri qonağımızdır


Səs: Real audio
MŞ-nin tədbirində aksiyalarda jurnalistlərə qarşı təzyiqlərin qarşısının alınması yolları çözüldü Qonağımız “Pünhan” instrumental ansamblının bədii rəhbəri 18 yaşlı Vüsal İsmayılovdur.



- Əvvəllər öz həvəsim olmayıb. Musiqiyə valideynlərimin həvəsi ilə gəlmişəm. Anamın tar alətindən çox xoşu gəlir. Ona görə də musiqiyə gəlişim tarla bağlı olub. Sonradan məndə bu sənətə maraq yaranıb.



Vüsal hazırda bədii rəhbəri olduğu ansamblı öz təşəbbüsü ilə yaradıb. İki ildir fəaliyyət göstərən bu ansambl uğurlar da əldə edib.



- Ansamblı öz həvəsimlə yaratmışam. Əvvəllər 20 nəfərdən ibarət idi. İndi 4 nəfərdən ibarət kvartet yaratmışam. 2 ildir fəaliyyət göstəririk. Dövlət müsabiqələrində çıxış etmişik. “Oxu tar” müsabiqəsində 3-cü yer tutmuşuq.



Hazırda Bakı Mədəni-Maarif Texnikumunda təhsil alan Vüsal özü də kiçik yaşlılara tarda çalmağı öyrədir.



- Uşaqları tar çalğı alətində kurslarla hazırlayıram. Mənim yanıma məşqlərə gələn zaman onlarda zəiflik görürdüm. Həftələr keçəndən sonra isə artıq uğurlar qazanıblar.



Sonadək bu sənətdə çalışacağını deyən Vüsalın həmyaşıdlarına da sözü var.



- Öz üzərində çalışsınlar. Boş vaxtlarını səmərəli təşkil etsinlər.
XS
SM
MD
LG