Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:50
Rubrikalar

Çempion iyunun 10-da müəyyən olunacaq


Səs: Real audio
ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessi: «Siyasi iradə olmadan görüşlərin keçirilməsində fayda olmayacaq» - Futbol üzrə Azərbaycan çempionatının qalibi iyunun 10-da müəyyən olunacaq. «Qızıl oyun»da Bakının “Neftçi”Lənkəranın “Xəzər” klubları qarşılaşacaq. AFFA-dan verilən məlumata görə, oyun Gəncədə olacaq. Bununla da 13-cü milli çempionat başa çatacaq.



- İyunun 10-11-də Sankt-Peterburqda cüdo üzrə hakimlərin seminarı keçiriləcək. Azərbaycanı hakim Zahir Əsgərov təmsil edəcək.



- Taekvando üzrə Azərbaycanın gənclərdən ibrət yığma komandası isə iyunun 2-də Avstriyaya yollanacaq. İyunun 4-də bu ölkədə növbəti beynəlxalq turnirin startı veriləcək. Taekvando Federasiyasının vitse-prezidenti Füzuli Musayevin məlumatına görə, Azərbaycan turnirdə 9 idmançı ilə təmsil olunacaq.



Taekvando idman növü Azərbaycanda 1994-cü ildən mövcuddur.



- Ukraynada karate üzrə Avropa çempionatı sona çatıb. Azərbaycan karateçiləri turnirdə üç qızıl, iki bürünc medal qazanıblar.
XS
SM
MD
LG