Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:45

İqtidar və müxalifət partiyalarının görüşü uğursuz oldu<p align=`left`><br><br>


Səs: Real audio
ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessi: «Siyasi iradə olmadan görüşlərin keçirilməsində fayda olmayacaq» İyunun 1-də AXCP-nin mənzil-qərargahında iqtidar və müxalifət partiyalarının növbəti görüşü keçirildi. Görüşdə AXCP sədrinin müavini Fuad Mustafayev, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı, Milli İstiqlal partiyasının sədri Əli Əliyev, Sosial Rifah partiyasının sədri Xanhüseyn Kazımlı, Müsavat başqanının birinci müavini Vurğun Əyyub, Demokrat partiyası Ali Məclisinin sədri Akif Şahbazov iştirak edirdi.



Görüşə hakim Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov qatılmamışdı. Onu partiyanın İcra Katibinin müavini Mübariz Qurbanlı əvəz edirdi.



Mərasimə həmçinin ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessi də buyurmuşdu.



AXCP sədrinin müavini Fuad Mustafayevin sözlərinə görə, görüşdə tərəflər hər hansı nəticəyə gəlməyiblər.



Cənab Mustafayev AXCP-nin imzalanmaq üçün tərəflərə təqdim etdiyi anlaşma memorandumunun iqtidaryönlü partiyalar tərəfindən qəbul edilmədiyini bildiridi.



ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessi isə görüşləri dialoqun başlanğıcı kimi qiymətləndirdiyini söylədi: «Ancaq siyasi iradə olmadan görüşlərin keçirilməsində fayda olmayacaq».



ADP-nin Ali Məclisinin sədri Akif Şahbazov görüşü yarımçıq tərk etdi. O, buna səbəb kimi hakim partiyanı mərasimdə təmsil edən nümayəndənin səlahiyyət sahibi olmamasını göstərdi.



İqtidar və müxalifət partiyaları arasında ilk görüş mayın 4-də YAP-ın qərargahında baş tutub. Mayın 17-də isə oxşar randevu ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilib. Həmin vaxt tərəflər 8 bənddən ibarət «Davranış konsensusu» adlı sənəd imzalayıblar.
XS
SM
MD
LG