Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:31

Payızda qiymətlər yenidən qalxa bilər


Səs: Real audio
Milli Məclisin sədri Murtuz Ələskərov hesab edir ki, GUAM regiondakı münaqişələrin həllində mühüm rol oynaya bilər Prezident İlham Əliyev mayın 30-da keçirdiyi müşavirədə bildirib ki, ölkədə inflyasiyanın qarşısı alınıb və hökumət yaxın vaxtlarda qiymətlərin aşağı salınmasına çalışacaq.



Amma ekspertlərin inflyasiyanın hazırkı səviyyəsi ilə bağlı fikirləri fərqlidir.




Azərbaycan Həmkarlar Konfederasiyasının şöbə müdiri Çingiz Tağıyev bildirir ki, onlar hər ay ölkə bazarlarında araşdırma aparırlar və qiymətlərin necə dəyişməsini öyrənirlər. Konfederasiyanın son araşdırması aprel ayına aiddir.



Çingiz Tağıyev deyir ki, mayın 1-ə olan məlumata görə, inflyasiyanın səviyyəsi əvvəlki aylarla müqayisədə bir qədər azalıb. Ərzaq mallarının qiyməti təxminən 2 faiz artıb, ümumilikdə isə inflyasiya 1 faiz olub. Amma Çingiz Tağıyev bildirir ki, inflyasiyanın yavaşıması daha çox mövsümi xarakter daşıyır, yaz-yay aylarında meyvə-tərəvəzin getdikcə ucuzlaşması ilə bağlıdır. Çingiz Tağıyev hesab edir ki, hökumət inflyasiyanın qarşısını almaq üçün ciddi tədbirlər görməsə, payızda qiymətlər yenidən artacaq.



«Yeni Azərbaycan» qəzetinin iqtisadiyyat şöbəsinin müdiri Elbrus Orucov isə inflyasiyanın yavaşımasında mövsümi amillərin həlledici rol oynamadığını deyir. Onun fikrincə, əsas amil son dövrlərdə hökumətin iqtisadiyyatda inhisarçılığa qarşı mübarizəni gücləndirməsidir.



Elbrus Orucov deyir ki, bir müddət əvvəl prezident İlham Əliyevin inlyasiyanın azaldılması ilə bağlı göstərişlər verməsi qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını xeyli alıb. Milli Bank da inlyasiyaya qarşı tədbirləri gücləndirir, dövriyyədə olan pul kütləsini azaltmağa və qiymətli kağızlar bazarını genişləndirməyə çalışır.



Bəs Azərbaycanda dolların məzənnəsinin düşməsi, manatın dollara nisbətən möhkəmlənməsi o deməkdirmi ki, inflyasiya dayanıb?



Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Əli Əlirzayev deyir ki, dolların ucuzlaşmasının əsas səbəbi Milli Bankın inzibati üsullarla valyuta məzənnələrini tənzimləməsidir. Onun fikrincə, bu, düzgün addımdır. Onun sözlərinə görə, Azərbaycanda əhalinin 90 faizindən çoxunun gəlirləri manatladır. Ona görə də dolların məzənnəsinin düşməsi onlara sərf edir və dövlət bunu stimullaşdırır.



Amma Əli Əlirzayevdən fərqli olaraq, iqtisadçı ekspert Orxan Kərimov hesab edir ki, hökumətin inzibati yollarla dolların qiymətini aşağı salması qısamüddətli effekt verəcək. Yəni, inflyasiyanın qarşısını müvəqqəti alacaq. Əvəzində isə milli istehsal zəifləyəcək. Onun fikrincə, əgər hökumət inflyasiyanın qarşısını almaq üçün öz pul-kredit siyasətində ciddi dəyişikliklər etməsə, payızdan qiymətlər yenidən kəskin artmağa başlayacaq.
XS
SM
MD
LG