Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:12

Rusiya və Türkiyənin GUAM-a üzvlüyü müzakirə edilib


Səs: Real audio
Milli Məclisin sədri Murtuz Ələskərov hesab edir ki, GUAM regiondakı münaqişələrin həllində mühüm rol oynaya bilər Milli Məclisin sədri Murtuz Ələskərov hesab edir ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın birləşdiyi GUAM təşkilatı Dağlıq Qarabağ, Dnestryanı və Abxaziya münaqişələrinin həllində mühüm rol oynaya bilər. GUAM Parlament Assambleyasının Yaltada keçirilən toplantısından qayıdan spiker parlamentin mayın 31-də baş tutan iclasında GUAM-ın güclü quruma çevrilmək ərəfəsində olduğunu bildirdi.



Cənab Ələskərovun sözlərinə görə, son vaxtlar bir sıra dövlətlərin GUAM-a marağı xeyli artıb. Artıq təşkilata üzv olmaq istəyini bildirən ölkələr də var.



O, GUAM PA–da hətta Rusiya və Türkiyənin də bu quruma üzv olması məsələsinin müzakirə edildiyini deyir.



Ermənistanın təşkilata üzv olması haqda səslənən fikirlərə gəlincə, Murtuz Ələskərov Azərbaycanın buna heç vaxt imkan verməyəcəyini bəyan elədiyini bildirir.



Politoloq Eldar Namazovun fikrincə isə, GUAM yaxın zamanlarda bir təşkilat kimi öz fəaliyyətini gücləndirəcək və quruma yeni ölkələr qəbul olunacaq.



Cənab Namazov hesab edir ki, GUAM-a üzv olan ölkələr regiondakı konfliktlərin həllində bir–birinə böyük dəstək verə bilərlər.
XS
SM
MD
LG