Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Seçki bloklarının çoxluğu müxalifətə xeyirdir, ya hakimiyyətə?


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalının fikrincə, bu gün müxalifət düşərgəsində yaranan bloklaşmanın nə hakimiyyətə, nə də cəmiyyətə heç bir zərəri yoxdur. Bu yalnız müxalifətin özü üçün mənfi nəticələrə gətirib çıxaracaq. Blokların sayının getdikcə artması əslində, müxalifət düşərgəsində kifayət qədər problemin olmasının, partiyalar arasında ziddiyyətlərin kəskinliyinin ifadəsidir.



«Əgər müxalifətin bütün tərəfləri arasında ciddi problemlər olmasaydı, bu partiyalar 1 və ya maksimum 2 blokda birləşərək seçkilərə qatılardılar. Ola bilsin, bu, onlara müəyyən uğur da gətirə bilərdi. Belə bloklaşma isə parlament seçkilərində müxalifəti çətin duruma salacaq».



Müsavat partiyasının divan üzvü, politoloq Rasim Musabəyov isə deyir ki, «Azərbaycanda proporsional seçki sistemi yoxdur və hər bir bloka daxil olan şəxs gedib konkret dairədə fərdi şəkildə mübarizə aparacaq. Həmin adamların adlarının hər hansı blokda olub-olmaması səslərin parçalanmasına heç bir təsir göstərə bilməz. Əksinə, həmin bloklar hansısa mərkəzləşmiş şəkildə əlaqəyə girərək fəaliyyət göstərsə, namizədlərin bir qismi ümumi razılıqla geri çəkilsə, bu müxalifət üçün müsbət amil olardı».



Rasim Musabəyovun fikrincə, ümumiyyətlə, blokların elan olunması, adlarının səsləndirilməsi daha çox təbliğati xarakter daşıyır.



«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, «proporsional seçki sisteminin ləğvi nəticəsində siyasi təşkilatların qurum halında seçkilərdə iştirak edə bilməməsi bloklaşmaya gətirib çıxardı. Ancaq əvvəlcədən də bəlli idi ki, iqtidar ictimai rəydə çaşqınlıq yaratmaq üçün çoxsaylı blokların yaradılmasında maraqlı olacaq. Artıq bu prosesdə hakimiyyətin fəaliyyəti özünü göstərir».



Azər Rəşidoğlu əlavə edir ki, Azərbaycan cəmiyyəti bu gün çoxpartiyalılığı və çoxblokluğu həzm edə bilmir. Ona görə də blokların sayı nə qədər çox olsa, bir o qədər də az seçici seçkilərdə iştirak edəcək.



«Zerkalo» qəzetinin şərhçisinin fikrincə, bu gün Azərbaycanda seçkilərdə iştirak edən əsas 3 güc mərkəzi var. Bunlar iqtidar, AXCP, ADP və Müsavatın «Uğur» bloku, bir də nisbətən zəif olan «Yeni Siyasət» blokudur. Mübarizə də sonda hər hansı şəkildə birləşən bu iki blokla hakimiyyət arasında gedəcək.



«3-cü qüvvə kimi ortaya çıxıb qarşıdurmadan bezmiş seçicilərin səsini qazanmaq istəyənlər isə bu seçkilərdə uğur qazana bilməyəcəklər. Çünki, bu gün barışdırıcı mövqedən çıxış edən insanlara nə iqtidarın, nə də müxalifətin münasibəti yaxşı deyil. Qarşıdurma düşmənçilik müstəvisinə keçdiyi üçün belələrini cəmiyyətin özü də hələ ki, həzm edə bilmir».
XS
SM
MD
LG