Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin nümayəndələri bu günlərdə Azərbaycana səfər ediblər. Nümayəndələr Azərbaycan penitensiar sistemində aparılan son islahatlarla tanış olublar. Qobustan təcridxanası və ciddi rejimli 15 saylı islah-əmək müəssisəsinə baş çəkiblər.
Komitə üzvləri Azərbaycanın ədliyyə naziri, baş prokuror və ombudsmanla görüşüblər.
Hüquq müdafiəçisi Murad Sadəddinov bu səfəri ilin əvvəlində bəzi islah-əmək müəssisələrində məhbusların saxlanma şəraitilə bağlı qaldırdıqları qiyamla əlaqələndirir.
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi 2004-cü ilin dekabrında Azərbaycanla bağlı hesabat yaymışdı. Həmin hesabat komitə nümayəndələrinin 2002-ci ildə Azərbaycana etdikləri səfərin nəticələrini əks etdirirdi. Hesabatda polis məntəqələrində saxlanma şəraitinin pis olması vurğulanır və polis işçilərinə təlim keçmək təklif edilirdi.