Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 00:19

Rusiya Azərbaycan gəmilərini buraxmadı


Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır Rəsmi Moskva Rusiyanın məhəlli sularında saxlanılan üç Azərbaycan gəmisini mayın 29-na qədər buraxacağını dəfələrlə bildirsə də, bu vədinə əməl etmədi. Problemin həlli ilə bağlı rəsmi Bakının qonşu dövlətə müraciətləri heç bir nəticə verməyib.



Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (XDGİ) mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov deyir ki, Rusiya tərəfi bunun səbəbini heç nə ilə əsaslandırmır, sadəcə, gəmiləri öz istədiyi vaxt buraxacağını deyir.



«Azərbaycan gəmilərinin buraxılması üçün Rusiya baş nazirinin sərəncamı olmalıdır. Bakıdan göndərilən məktublar isə aşağı strukturlarda ilişib qalıb».



Vüqar Sadıqovun fikrincə, problemin həllini istəməyən bir çox maraqlı tərəflər var. Bunlar təkcə XDGİ ilə rəqabət aparan Rusiya şirkətləri deyil. Azərbaycanın özündə də gəmilərin qaytarılmamasında maraqlı olanlar var.



Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sənan Əlizadə isə deyir ki, Moskvanın bu cür hərəkətləri hansısa rəqabətə görə deyil. Rusiya ümumiyyətlə, Xəzər dənizində başqa gəmilərin hərəkəti, neft hasilatı və balıqçılıq məsələlərinə qısqanclıqla yanaşır. Bu cür münasibət isə vaxtaşırı gəmilərin hərəkətinə mane olan hallara gətirib çıxarır.



«Maestro Niyazi», «Natəvan» və «Rəsul Rza» gəmiləri aprelin 24-ü, mayın 4-ü və 8-dən etibarən Rusiyanın məhəlli sularında saxlanır. Həmin gəmilər Səngəçal terminalı üçün avadanlıq daşıyırlar. Gəmilərin buraxılmamasını qonşu dövlətin BTC-nin fəaliyyətinə mane olmaq istəyi ilə əlaqələndirənlər də var.



“BP Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə deyir ki, gəmilərin Rusiya sularında saxlanılması hələlik heç bir problem yaratmayıb. Ancaq vəziyyət belə davam etsə, sözsüz ki, problemlər olacaq.
XS
SM
MD
LG