Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır - Yeni mobil operator Azərbaycana gəlmək üçün milyonlarla dollar ödəməli olacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “Azərtac” agentliyinə verilən məlumata görə, hazırda mobil operator olmaq üçün lisenziyanın qiyməti cəmi 7 min dollardır və bu da nazirliyin maraqlarını əks etdirmir. Nazirlikdən başqa ölkələrdə lisenziya üçün 5-10 milyon dollar tələb olunduğunu və Azərbaycanda da yeni qiymətlərin müəyyənləşdiriləcəyini bildiriblər. Lisenziyanın qiyməti müəyyənləşdiriləndən sonra ölkəyə üçüncü mobil operatorun gəlişi gözlənilir. Yeni qaydalar fəaliyyətdə olan operatorlara –“Azercell” və “Bakcell”ə aid edilməyəcək. Çünki, onlara verilən lisenziyaların müddəti 25 ildir.
- Ukrayna və Azərbaycan neft sahəsində müştərək şirkət yaradacaqlar. “RosBiznesKonsaltinq” agentliyinin Ukraynanın “Naftoqaz” şirkətinin mətbuat xidmətindən aldığı məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti ilə “Naftoqaz” şirkəti arasında bu haqda danışıqlar aparılır. Müştərək müəssisə xam neftin Bakı-Supsa və daha sonra Odessa-Brodı kəməri ilə Avropaya daşınması ilə məşğul olacaq.
- Mayın 27-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4761, 1 avro 5958, 1 rubl isə 169 manatdır.