Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 01:17

Venesiya Komissiyasında Azərbaycanla bağlı növbəti toplantı keçiriləcək


Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır Mayın 31-də Strasburqda Avropa Şurasının Venesiya Komissiyasında Azərbaycanla bağlı növbəti toplantı keçiriləcək.



Prezident Aparatı nümayəndələrinin də qatılacağı tədbirdə VK və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanın Seçki Məcəlləsinə verdiyi tövsiyələrin icra vəziyyəti müzakirə ediləcək. Bu barədə «Azadlıq» radiosuna VK-nin xarici əlaqələr üzrə əməkdaşı Tatyana Mişelova məlumat verib.



«Belə görünür ki, Azərbaycan tərəfinə verdiyimiz tövsiyələr öz aktuallığını itirməyib» - deyən xanım Mişelova bildirdi ki, toplantıda seçki komissiyaları ilə bağlı məsələ müzakirə olunacaq. VK və ATƏT seçki komissiyalarının tərkibinin dəyişdirilməsini, onların paritet əsaslarla yenidən təşkil olunmasını təklif edir.



O, bildirdi ki, tərəflər arasında fikir ayrılığının olub - olmaması tədbirin sonunda bilinəcək. T.Mişelovanın sözlərinə görə, istənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır: «Ümüd edirik ki, tövsiyələrimiz qəbul olunacaq».



2004-cü ilin mart ayında VK və ATƏT Azərbaycanı SM-də dəyişikliklər aparmağa çağırıb.



Gələn həftə keçiriləcək müzakirələr bu kontekstdə aparılacaq ikinci görüşdür. İlk görüş bu ilin martın 1-də olub. Yekun tövsiyələr isə iyunun 10 və 11-də komissiyanın plenar sessiyasından sonra açıqlanacaq.
XS
SM
MD
LG