Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

İqtidar və müxalifətin növbəti görüşü iyunun 1-də olacaq


Səs: Real audio
O, Mahaçqalada keçirilən forumda iştirak edəcək Mayın 27-də AXCP iqtidar və müxalifət partiyalarına dəvətnamə göndərərək, növbəti görüşün iyunun 1-də partiyanın qərargahında keçiriləcəyini bildirib.



AXCP-nin sədr müavini Fuad Mustafayev bildirir ki, ev sahibi kimi ğörüşdə parlament seçkilərinin müzakirə edilməsini təklif ediblər.



Müsavat partiyasının başqan müavini Vurğun Əyyub deyir ki, təmsil etdiyi partiya görüş-dialoqa hazırdır və tədbirdə iştirak edəcək.



YAP- ın İcra Katibinin müavini Mübariz Qurbanlı isə hakim partiyanın ğörüşə qatılacağını söyləyir.



Oxşar formatda iqtidar və müxalifət partiyaları nümayəndələrinin ilk görüşü bu il mayın 4-də YAP-ın mərkəzi qərargahında keçirilmişdi.



Görüşdə müzakirə olunan məsələlər haqqında ətraflı məlumat verilməsə də, parlament seçkiləri öncəsi ölkədəki siyasi vəziyyətin müzakirə edildiyi bildirilirdi.



ADP-AXCP-Müsavat seçki blokunun mayın 21-də keçirməyə cəhd etdiyi sanksiyalaşdırılmamış aksiyadan sonra siyasi dairələrdə bu iki əks qütb təmsilçilərinin bir daha görüşməyəcəyinə dair fikirlər səslənirdi.
XS
SM
MD
LG