Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:03

Elektrik sistemində qəza istisna olunmur


Səs: Real audio
36 nominasiya üzrə 2004-cü ilin ən yaxşı yazarları, nəşriyyatları və kitabları mükafatlandırıldı Rusiyanın paytaxtı Moskvada mayın 25-də baş verən qəza yalnız bir gün sonra aradan qaldırıldı. Həm dövlət məmurları, həm də müstəqil ekspertlər Azərbaycan enerji sistemi üçün eyni miqyasda təhlükənin hər an mümkün olması ilə razılaşırlar. Yəni, istənilən an bütün Azərbaycanın və yaxud 3 milyondan çox əhalinin yaşadığı Abşeron yarımadasının enerji təminatı dayana bilər. Bunun bir neçə səbəbi var.



“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Aqşin Kazımzadənin sözlərinə görə, əgər qəza baş verərsə, heç bir qonşu ölkə yardım etməyəcək. Çünki, bu haqda müqavilələr bağlanmayıb.



“Barmek –Azərbaycan” şirkətindən bildirirlər ki, ən problemli və təhlükəli məsələlər paytaxtın plansız şəkildə tikilməsi ilə bağlıdır. Şirkətin mətbuat xidmətinin əməkdaşı Nəsimi Paşayevin sözlərinə görə, “Barmek” hələlik vəziyyətin öhdəsindən gəlir, amma gələcəkdə problemlər də ola bilər.



Amma müstəqil ekspert, “Azərenerji” Səhmdar Cəmiyyətinin sabiq rəhbəri Müslüm İmanov qəza baş verərsə, Azərbaycanın aylarla vəziyyətdən çıxa bilməyəcəyini deyir. Cənab İmanov ən yaxşı halda 2-3 gün lazım olacağını deyir. O da lazımi texnika və avadanlıq tapılarsa.



Britaniyanın “Economist Intelligence Unit” iqtisadi təhlil xidmətinin apardığı araşdırmaya görə, yaxın illərdə Azərbaycanın enerji tələbatı getdikcə artacaq. Heç nə dəyişməzsə, indinin özündə də enerji çatışmazlığı hiss olunan bölgələrdə vəziyyət daha da gərginləşəcək. Digər tərəfdən isə, istifadə olunan avadanlıq daha da köhnələcək və yararsız hala düşəcək. Bu da ekspertlərin fikrincə, ara–sıra qəzaların baş verməsinə gətirib çıxaracaq.
XS
SM
MD
LG