Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

Ramil Usubov jurnalistin döyülmə faktını araşdırmağa göstəriş verib


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib Mayın 26-da Mətbuat Şurasının hüquq-mühafizə orqanları ilə iş üzrə komissiyasının rəhbəri İbrahim Məmmədli və şuranın üzvü Yadigar Məmmədli Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevlə görüşüblər. Görüşdə müxalifətin mayın 21-də keçirdiyi yürüş-mitinq zamanı polis zorakılığına məruz qalmış «Zerkalo» qəzetinin müxbiri Fərid Teymurxanlı ilə bağlı məsələ müzakirə olunub.



Yadigar Məmmədlinin sözlərinə görə, BŞBPİ-nin rəis müavini Yaşar Əliyev günahkarların hökmən cəzalandırılacağını bildirib. Deyib ki, daxili işlər naziri Ramil Usubov jurnalistə qarşı edilən zorakılığın obyektiv araşdırılmasına göstəriş verib.



MŞ-nin sədri Əflatun Amaşov isə deyir ki, bu hadisə sona qədər araşdırılmalıdır ki, növbəti dəfə aksiyanı işıqlandıran jurnalistlər zorakılığa məruz qalmayacaqlarına arxayın olsunlar.
XS
SM
MD
LG