Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:56

BTC-nin işə düşməsi maaşlara təsir edə bilər


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib İqtisadçı Azər Mehtiyev hesab edir ki, əgər indi orta aylıq əmək haqqı 450 min manatdırsa, təbii ki, neftdən gəlirlər hesabına bu rəqəm qarşıdakı 1-2 ildə 800-900 min manata çata bilər. Neft gəlirlərinin sürətli artımı ölkə iqtisadiyyatının da sürətli inkişafına səbəb olacaq.



Amma digər tərəfdən, nominal əmək haqqının qalxmasını hələ real vəziyyətin yaxşılaşması hesab etmək olmaz. Azər Mehtiyevin qənaətincə, bu artım gələn il də baş verə bilər, amma inflyasiyanın güclənməsi səbəbindən həmin pulun alıcılıq qabiliyyəti indikindən də aşağı ola bilər. Elə hökumətin də bu məsələdə ehtiyatlı davranışını iqtisadçı bununla izah edir.



Azər Mehtiyevin diqqət çəkdiyi başqa bir məsələ isə böyük neft gəlirləri ilə bağlıdır. O hesab edir ki, əldə olunacaq gəlirin çoxalması müsbət hal olsa da, Azərbaycan indiki məqamda həmin pulların qəbul edilməsinə hazır deyil.



BP şirkətinin əlaqələr və xarici işlər üzrə direktoru Kler Bebbinqton isə bildirir ki, BP indiyə qədər sosial sərmayə proqramı çərçivəsində 14 milyon dollardan çox vəsait xərcləyib. Və sosial məsələlərlə bağlı layihələr gələcəkdə də davam etdiriləcək.
XS
SM
MD
LG