Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:50

Bakıda 600 milyon dollarlıq saziş imzalandı<p align=`left`><br><br>


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib Mayın 25-də Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolunun tikintisi haqda saziş imzalandı. Sənədi Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçıları - İlham Əliyev, Mixail Saakaşvili və Əhməd Necdət Sezər imzalayıb. Layihə çərçivəsində 98 kilometrlik Qars-Axalkalaki dəmiryol xətti çəkiləcək. Axalkalaki-Tbilisi yolu isə yenidən qurulacaq. İlkin dəyərləndirmələrə görə, bu layihəyəyə təxminən 600 milyon dollara yaxın vəsaitin sərf olunacağı gözlənilir. Dəmiryolu xəttinin Şərq-Qərb enerji dəhlizi çərçivəsində istifadəsi də nəzərdə tutulub.



Sazişə görə, Qazaxıstan da öz neftini gələcəkdə bu yolla dünya bazarına çıxara biləcək. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyir. Onun sözlərinə görə, Qazaxıstanın da Şərq-Qərb dəhlizinə qoşulması region üçün vacibdir.



Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu ilə bağlı üç ölkənin nəqliyyat nazirlərinin bu ilin yayında görüşünün keçiriləcəyi nəzərdə tutulub.
XS
SM
MD
LG