Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 17:48

Birləşmiş müxalifət meriyaya müraciət etdi


Səs: Real audio
İyunun 4-də keçiriləcək yürüş-mitinq üçün dörd variant təklif edilir ADP-AXCP-Müsavat seçki bloku mayın 25-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, iyunun 4-də keçirmək istədikləri yürüş-mitinqə icazə verilməsini istəyiblər.



Müraciətdə meriyaya aksiyanın marşrutunun dörd variantı təklif edilib. Bu variantlar Məşədi Əzizbəyov heykəli - Hüseyn Cavid bağı, Cəfər Cabbarlı heykəli-Füzuli meydanı və ya əksinə, Qarabağ hoteli-Nərimanov kinoteatrının qarşısı, Dəmiryol İdarəsi- «28 may»- «Xocalı» küçəsi -«Ana harayı» heykəlinin qarşısından ibarətdir.



Birləşmiş müxalifətin aksiyada səsləndirəcəyi tələblər dəyişməyib. Bunlar azad seçki, müstəqil televiziyanın yaradılması, jurnalist Elmar Hüseynovun qatillərinin tapılması və sərbəst toplaşmaq azadlığının təmin olunmasıdır.



Müsavat partiyası başqanının müavini Vurğun Əyyub deyir ki, müxalifətin tələbləri yerinə yetirilməyənədək nəinki iki həftədən bir, hətta gələcəkdə hər gün aksiya keçirməyi planlaşdırırlar.



Bakı şəhər Baş Polıs İdarəsinin rəisi Məhərrəm Əliyev isə bildirib ki, aksiyaya icazə verilməsə, polis 21 may mitinqindəki kimi öz vəzifəsini həyata keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG