Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:39

BTC-nin açılışında dörd prezident iştirak edəcək


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin mayın 25-də keçiriləcək açılış mərasimində Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan prezidentləri, ABŞ-ın energetika naziri, eləcə də Norveç, İsveç, İtaliya, Yaponiya və digər ölkələrdən çoxlu sayda qonaqlar iştirak edəcək .



Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin sözlərinə görə, tədbir Səngəçal terminalında keçiriləcək. Açılış mərasimi ilə bağlı Bakının müxtəlif yerlərində bayram tədbirləri də təşkil olunacaq.



Cənab Əliyevin sözlərinə görə, BTC-nin Azərbaycan hissəsində bütün qurğular tam istifadəyə verilib. Bu ilin oktyabrında isə ilk tanker Ceyhanda neftlə doldurulub dünya bazarına çıxarılacaq.



N.Əliyev bildirir ki, hazırda Qazaxıstanla aparılan danışıqlar başa çatmaq üzrədir: «Bu ölkənin də kəmərə qoşulması BTC-ni Avropa ilə Asiya arasında nəhəng bir nəqliyyat vasitəsinə çevirəcək. 2009-cu ildən başlayaraq 20 milyon ton Qazaxıstan nefti kəmərlə Aralıq dənizinə çıxarılacaq».



Cənab Əliyev gələcəkdə bu kəmərə Rusiyanın neft şirkətlərinin də maraq göstərəcəklərinə əmin olduğunu deyir.



2002-ci il sentyabrın 18-dən tikilməyə başlayan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uzunluğu 1767 kilometrdi. Onun 443 kilometri Azərbaycan ərazisindən keçir. Kəmərin səhmdarları ARDNŞ –lə yanaşı, BP, STATOİL, İTOÇU və dünyanın daha 8 iri neft şirkətidir.
XS
SM
MD
LG