Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

ATƏT-in Bakı ofisi aksiyanın dialoqa xələl gətirməyəcəyini düşünür


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessinin sözlərinə görə, birləşmiş müxalifətin mayın 21-də keçirmək istədiyi aksiya zamanı təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı həddən artıq gücdən istifadə ediblər. Hadisələri şəxsən müşahidə etdiyini deyən cənab Pavessi, asayişin bu şəkildə qorunmasını qəbul etmədiyini deyir.



Onun sözlərinə görə, hakimiyyət və müxalifət arasında zoraklıqla müşayiət olunan hadisələr sakit və azad seçkilərin keçirilməsinə kömək etməyəcək: «Biz çox çətin bir seçki kampaniyasının əvvəlindəyik və bütün tərəflər məsuliyyətli olmalıdırlar».



M.Pavessi mayın 21-də baş verənlərin hökumətlə müxalifət arasında gedən dialoqa xələl gətirməyəcəyini düşünür: «Hesab edirəm ki, yaxın günlərdə hökumətlə müxalifət arasında yeni danışıqlar keçiriləcək. Burada ATƏT iştirak etməyəcək, amma bu, mühüm deyil. Dialoq davam edir və biz ümid edirik ki, gələn həftələrdə müəyyən nəticələr verəcək».



Cənab Pavessi ATƏT-in Bakı ofisinin kütləvi tədbirlərlə bağlı hər iki tərəfin mövqeyində düzəlişlər lazım olduğunu deyir: «Kontitusiyaya əməl olunmaması qəbuledilməzdir. Başqa sözlə, mitinqlərə icazə verilmir və bu vəziyyət 2003-cü il prezident seçkilərindən bəri belədir. Yəni, 19 aydır yerli hakimiyyət dairələri mitinqlərə icazə vermirlər. Digər tərəfdən, məncə, müxalifət də artıq vəd olunan 15 iyuna kimi gözləyə bilər. 19 ay nümayiş keçirməyi gözləyən müxalifət üçün daha 15 gün gözləmələri çətin bir biş olmamalıdır».
XS
SM
MD
LG