Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:32

Müxalifətçilərə təkrar xəbərdarlıq edildi


Səs: Real audio
Müxalifət partiyaları da beynəlxalq təşkilatlara müraciət etdilər Baki şəhər İcra Hakimiyyəti bir daha xəbərdarlıq edib ki, müxalifətin mayın 21-ə təyin etdiyi yürüş-mitinqə icazə verilməyəcək. Mayın 20-də meriyaya dəvət edilən yürüş-mitinqin təşkilatçıları - ADP-Müsavat-AXCP seçki blokunun Mitinq Komitəsinin üzvlərinə təklif edilib ki, onlar öz aksiyalarını mayın 21-də deyil, iyunun 15-dən sonra keçirsinlər. Mitinq Komitəsi üzvləri ilə görüşündə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev aksiyanın vaxtının dəyişdirilməsi təklifini mayın 25-də keçiriləcək Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılış mərasimi ilə izah ediblər.



Amma müxalifətçilər hələ aprel ayında icazə üçün meriyaya müraciət etdiklərini və bu xəbərdarlığın daha əvvəl edilə biləcəyini H.Abutalıbovun nəzərinə çatdırıblar.



Nəticədə tərəflər heç bir razılığa gəlməyiblər. Müxalifət partiyaları parlament seçkilərinin demokratik

təşkili və jurnalist Elmar Hüseynovun qətlinin üstünün açılması şüarları ilə mayın 21-də nəzərdə tutduqları etiraz aksiyasını keçirməkdə israr ediblər. H.Abutalıbov və Y.Əliyev isə mitinqdə ola biləcək qarşıdurmaya görə müxalifətin məsuliyyət daşımasıyla bağlı onlara xəbərdarlıq edib və bu aksiyaya imkan verməyəcəklərini vurğulayıblar.
XS
SM
MD
LG