Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:44

Ç.Abdullayev nazir xanımlarına kitab mağazaları açmağı təklif edir


Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” Mayın 20-də «Kitab klubu» təşkilatı Azərbaycanda ilk dəfə olaraq kitab sərgisi keçirdi. Sərgiyə dəvət olunan 30 nəşriyyatdan 10-nu heç bir səbəb göstərmədən tədbirə qatılmamışdı.



Klubun rəhbəri Elxan Rzayev nəşriyyatların məhsulunu reklam etdirmək bacarığının olmamasını onların əsas problemi sayır. Digər nəşriyyat rəhbərləri isə əsas problem kimi dövlət tərəfindən onlara maliyə dəstəyinin olmamasını göstərir.



«Elm» nəşriyyatının nümayəndəsi Ramin Rzayev deyir ki, onlar kitabları əsasən müəlliflərin vəsaiti hesabına dərc edirlər. Nəşriyyatın öz maliyyəsilə çap etdiyi kitabların sayı isə çox azdır.



Yazıçı Çingiz Abdullayev isə hesab edir ki, kitab mədəniyyətini inkişaf etdirmək üçün Azərbaycan Gürcüstanın təcrübəsindən istifadə etməlidir. Gürcüstanın mərhum baş naziri Jurab Jvaniyanın xanımının Tbilisidə kitab mağazası açdığını və ABŞ-ın birinci ledisi Lora Buş bu ölkədə səfərdə olarkən ona kitab hədiyyə etdiyini xatırladan yazıçı təklif edir ki, azərbaycanlı nazirlərin həyat yoldaşları da kitab mağazaları açsınlar.
XS
SM
MD
LG