Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:37

«Davranış Konsensusu»na necə əməl olunur?


Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” Mayın 18-i hakim Yeni Azərbaycan partiyası ilə bir sıra müxalifət partiyası arasında 9 bənddən ibarət «Davranış Konsensusu» adlı sənəd imzalandı.



Tərəflər hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi və qeyri-sivil mübarizə üsullarından çəkinmə ilə bağlı üzərlərinə öhdəlik götürməklə yanaşı, bir-birlərinin sərbəst toplaşmaq azadlıqlarını da tanıdıqlarını bəyan edirdilər.



Ancaq bu sənədin imzalanmasından heç bir gün keçməmiş kütləvi aksiyalara münasibətdə hakim partiya ilə müxalifət arasında ziddiyyətlər özünü göstərməkdir.



Bu sənədi imzalayan Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli yada salır ki, sözü gedən sənədin 7-ci bəndində bütün tərəflərin sərbəst toplaşmaq azadlığı tanınır. Bununla belə, həmin hüquqlar real müstəviyə keçəndə, yenidən onlara sayğısızlıq nümayiş etdirilir.



”Bu sənədi bir tərəfdən, Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov imzalayır, o biri tərəfdən də, həmin partiyanın funksioneri olan Hacıbala Abutalıbov mitinqə icazə vermir. Bu onu göstərir ki, demokratiya haqqında vədlər hakimiyyətə gözdən pərdə asmaq üçün lazımdır”.



Əli Kərimlidən fərqli olaraq Yeni Azərbaycan pSiyasi Şurasının üzvü Aydın Mirzəzadə hesab edir ki, məsələnin bu tərəfini qabartmağa elə də ehtiyac yoxdur. Onun sözlərinə görə, əslində siyasi partiyaların sərbəst toplaşmaq hüquqları mövcud qanunlarda da tanınır. Bakı şəhər İcra Hakimiyyəti də elə mövcud qanunlardan çıxış edərək müxalifətə aksiyanın vaxtını dəyişməyi tövsiyə edib.



“Qanunda deylir ki, beynəlxalq tədbirlərin keçirildiyi gün mitinqlər keçirilə bilməz. Mayın 25-də Bakı-Tbilisi-Ceyhanın açlışı olmalıdır. Düzdür, mitinq 4 gün əvvələ elan edilib. Ancaq hazırlıq işləri var, onları nəzərə almaq lazımdır”.



Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, indiki halda belə bir konsensusun əldə edilməsi təqdirəlayiq haldır. Ancaq onun sözlərinə görə, bir sıra vacib məqamlar var ki, sənəddə öz əksini tapmayıb.



“Ən vacib məsələ seçkilərin bütün standartlara cavab verən bir qanunla keçirilməsidir. Ancaq müşahidələr göstərir ki, mövcud Seçki Məcəlləsi seçkilərin azad və ədalətli şəkildə keçirilməsinə tam cavab vermir”.



Anar Məmmədli deyir ki, bu sənədin imzalanması ilə paralel ziddiyyətlərin meydana çıxması təəssüf doğurur. Onun sözlərinə görə, bu onu göstərir ki, Yeni Azərbaycan partiyası hakimiyyətdə olsa da, bütövlükdə hakimiyyətin mövqeyini təmsil etmir. Anar Məmmədli deyir ki, dialoq müxalifətlə birbaşa hökumətin özü arasında aparılsa, daha effektiv ola bilər.
XS
SM
MD
LG